Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ən yaşlı sakini məlum oldu


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fiziologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində Azərbaycanın ən yaşlı sakini məlum olub


Bu, hazırda Lənkəran rayonunun Gərmətük qəsəbəsində yaşayan 104 yaşlı Vəsmə Məmməd qızı Abbasovadır. Şəxsiyyət vəsiqəsinə görə Vəsmə Abbasovanın 104 yaşı var.

Uzunömürlülər siyahısına başçılıq edən qadının 7 övladı, 25 nəvəsi, 27 nəticəsi, 5 kötücəsi var.

O, yaşının çox olmasına baxmayaraq doğmalarının hamısını yaxşı tanıyır. Özünü müstəqil idarə edən ağbirçək ev işlərini görməkdən qalmır. Gözləri zəiflədiyindən tikişlə məşğul olmaqda çətinlik çəkməsinə baxmayaraq, V. Abbasova heç vaxt yataq xəstəsi olmayıb və dərman preparatı qəbul etməyib.

O, yalnız ildə 2 dəfə, həkimlərin nəzarəti ilə vitamin müalicəsi qəbul edir.

V. Abbasova nəsillərinin uzunömürlü olduğunu bildirib. Onun sözlərinə görə, anası 111 il, bacısı isə 91 il ömür sürüb.

Qeyd edək ki, Lənkəran rayonunun Gərmətük qəsəbəsinin digər sakini Kafiyə Babayeva da uzunömürlülər siyahısında yer alıb. 96 yaşı olan uzunömürlü qadın uzunömürlülüyün səbəbini zəhmətsevər həyat tərzini seçməsində və düzgün qidalanmaqda görür.

Onun sözlərinə görə, 15 yaşından 70 yaşına kimi kolxoz-sovxoz təsərrüfatında əmək fəaliyyəti göstərib. Habelə çəltik, kartof, pomidor əkib-becərib. Kafiyə Babayeva hər səhər də süd içdiyini, duru xörəklərə daha çox meyl göstərdiyini bildirib.

Uzunömürlü qadın bu gün də evdə təsərrüfat işləri ilə məşğul olur, hətta təndirdə çörək bişirir.Lənkəran rayonunda hazırda yaşı 90-ı keçənlərin sayı 107 nəfər təşkil edir. (Report.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar