Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın əleyhinə kompromatları Qərb jurnalistlərinə Rusiya kəşfiyyatı sızdırır?

ABŞ-ın İraqdakı radikal qruplaşmalara, o cümlədən İŞİD-ə milyardlarla dollarlıq silah-sursat ötürməsi haqda informasiya kampaniyasının arxasında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) dayanır


Virtualaz.org xəbər verir ki, bu iddianı Ukraynanın “Xvilya” internet-nəşri irəli (http://hvylya.net/analytics/geopolitics/oruzheynyie-manipulyatsii-lubyanki.html)sürüb. Həmin informasiya kampaniyasında Azərbaycanın da adı hallandırılır.

Xəbər verildiyi kimi Bolqarıstanın “Trud” qəzeti “Anonimous Bulgaria” adlı hansısa haker qrupunun sızdırdığı sənədlərə istinadən Azərbaycanı diplomatik yük adı altında Amerika silahlarını Suriyaya daşımaqda ittiham edən yazı dərc edib. Həmin yazının müəllifi ruslarla əlaqələri olan Diana Qaytanjiyevadır. Ukrayna nəşri hesab edir ki, informasiya kampaniyasının məqsədi ABŞ-ın bu və ya digər formada müttəfiqləri olan Almaniya, Azərbaycan, Türkiyə və Ukraynanı hədəf almaqdır.



Bildirilir ki, ABŞ-ın adları çəkilən müttəfiqləri ilə birlikdə Suriyada İŞİD-ə və digər radikal qruplaşmalara silah ötürdüyü haqda informasiya kampaniyası ancaq Rusiyanın işinə yarayır. Və bu informasiya kampaniyasının BMT Baş Assambleyasının sessiyası ərəfəsində təşkil edilməsi təsadüfi deyil.

“Xvilya” qeyd edir ki, həmin ölkələrin hədəf alındığı informasiya kampaniyasının tətiyini ruslar tərəfindən müəyyən hazırlıq tədbirlərinin ardınca korrupsiya və mütəşəkkil cinayətkarlıq araşdırmaları Mərkəzi OCCRP tərəfindən çəkilib. Hansı ki, həmin mərkəzin özü də ruslarla bağlıdır. Bunun ardınca araşdırmaçı jurnalistlərin Balkan Birliyi BİRN də Almaniyandakı Amerika aviabazası üzərindən Suriyaya silah daşınmasına dair sənədləri əldə edərək yayıb. Bu sənədlərə əsasən Ukrayna suriyalı müxaliflər üçün Pentaqona silah satan ölkələr arasındadır.



Nəşr yazır ki, bundan əvvəl Bolqarıstanın “Trud” qəzetinin dərc etdiyi sənədlərin mənbəyi hansısa “Anonymous Bulgaria” haker qrupu olub. Bu da avtomatik olaraq faylların FTX tərəfindən ələ keçirilib sızdırıldığını deməyə əsas verir. Hansı ki, əvvəlcədən hazırlanmış sxem üzrə ələ keçirilmiş diplomatik sənədlər müəyyən təhriflərlə mətbuata ötürülüb.

Xatırladaq ki, Azərbaycanın Bolqarıstandakı səfirliyi həmin sənədlərin ələ keçirilib yayılması ilə bağlı bəyanatla çıxış edərək bunun Bakıya qarşı xarici dairələrin təşkil etdiyi hücumların bir hissəsi olduğunu bildirmişdi. Bəyanatda deyilirdi ki, Azərbaycan Respublikasına qarşı ciddi haker hücumu həyata keçirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar