Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın dövlət sərhədini pozan 38 nəfər saxlanılıb



Hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 244 nəfər tutulub


 Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları bu ilin aprel ayı ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 38 nəfəri saxlayıb. Bu barədə "Report"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

On­ların 24 nəfəri Azərbaycan Respublikası, 6 nəfəri İran İslam Respublikası, 3 nəfəri Özbəkistan, 2 nəfəri Rusiya, hər ölkədən bir nəfər olmaqla Tacikistan, Gürcüstan və Uk­rayna vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 6 nəfər, Xəzər dənizində 12 halda 21 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 244 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəti­cə­sin­də 20 halda 27 kiloqram 276,8 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Ay ərzində qaçaqmalçılıq fəaliyyətilə məşğul olan dörd cinayətkar dəstə zə­rər­siz­ləşdirilib, dəstə üzvlərindən səkkiz nəfəri cinayət məsuliyyətinə cəlb olunaraq ba­rələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-ax­tarış və istintaq tədbirləri davam etdirilir.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata ke­çi­rilən tədbirlər nəticəsində 60 halda ümumi dəyəri təqribən 551 min manat olan qaçaq­ma­lın, o cümlədən 2 ədəd 9 milli metrlik patron, 1 ədəd beş­bar­maq, 1 ədəd bıçaq, 1 ədəd optik nişangah, 3 700 ABŞ dolları, 270 000 RF rub­lu, 11 000 AZN, 539 000 İİR rialı, 21 baş iri buynuzlu hey­van, 3 baş at, 2 ədəd zinət əşyası, 3285 qutu siqaret, 13 ədəd mo­bil telefon, 180 ədəd müxtəlif ölçülü və markalı spirtli içkilər, 2 500 metr tor, 4 ədəd qayıq, 1 ədəd mühərrik, 4 000 ədəd qarmaq, 15 716 ədəd müxtəlif dərman preparatları, 3 000 ədəd dini kitab və digər istehlak malları saxlanılıb.

"Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində təd­birlər da­vam etdirilir", - DSX-nin məlumatında bildirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar