Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın daha bir iri holdinqi ziyanla işlədiyini açıqladı


Azərbaycanın iri holdinqlərindən biri, tərkibində “Bank of Baku”nu və “Hyundai” avtomobillərinin rəsmi dileri “Auto Azerbaijan”ı birləşdirən “NAB Group” ziyanla işlədiyini açıqlayıb


Şirkətdən açıqlanan məlumata əsasən ötən il NAB Group-un təmiz ziyanı 132 min manatdan 200 min manata qədər artıb.

Nəticədə şirkətin üst-üstə yığılımış ziyanının həcmi 300 min manatı keçib.

Şirkətlər qrupunun ümumi əməliyyat gəliri 798 min manatdan 163 min manata qədər azaıb. Hərçənd ki, satışların maya dəyəri də 747 min manatdan 277 min manata qədər azalıb.

Debitorların borclarında azalma baş versə də şirkətin maliyyə vəziyyəti yaxşılaşmayıb. “NAB Group”un gəlirləri 25,3 milyon manatdan 20,6 milyon manata qədər azalıb, kapitalı isə 15,4 milyon manatdan 15,2 milyon manata qədər aşağı düşüb. (rəqəmlər yuvarlaqlaşdırılıb-red).

“NAB Group” ölkənin maliyyə, ticarət və avtomobil biznesi sektorlarında fəaliyyət göstərir. Holdinqin tərkibinə “Bank of Baku”, “Qafqaz Leasing”, “Buta Sığorta”, “Baku Elektronics” və “Auto Azerbaijan” daxildir.

Holdinqin səhmdarları arasında İran əsilli iş adamları Şəhram Oromi və qardaşı yer alır. Şəhram Oromi İran əsilli qalmaqallı iş adamı, adı Türkiyədəki böyük rüşvət və korrupsiya qalmaqalında keçən, İran pullarının yuyulması əməliyyatını təşkil edən Rza Zərrabın bacısının əridir.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ən çox oxunanalar