Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın bu kəndində hamı velosiped sürür - Video


Günümüzdə avtomobillərdən geniş istifadə olunsa da, Zaqatalanın Dağlı kəndində avtomobil heç də dəb deyil


ARB TV xəbər verir ki, bu kənddə əsas nəqliyyat vasitəsi hərtərəfli faydalı olan velosipeddir.

3185 nəfər əhalisi olan Dağlı kəndi rayon mərkəzindən 18 kilometr aralıda yerləşir. Kənd yollarında avtomobildən çox at arabası və velosiped görmək mümkündür. Gənclərlə yanaşı, yaşlı nəslin nümayəndələri, hətta qadınlar da uzun illərdir ki, velosiped sürürlər.

Sakinlər gündəlik həyatlarında, təsərrüfatlarının idarə edilməsində də nəqliyyat vasitəsi kimi əsasən velosipeddən istifadə edirlər. Bu ucqar kənddə müəllimlər məktəbə, tibb işçiləri xəstə yanına belə velosipedlə gedirlər.

Kənd sakinləri deyirlər ki, velosiped sürməyin insan orqanizminə də böyük faydası var. Velosiped yürüşü zamanı ayaq əzələləri möhkəmlənir, onların dözümlülüyü artır, ürək-damar və tənəffüs sistemlərinin fəaliyyəti yaxşılaşır. Məhz bu səbəbdən yaşlı nəslin nümayəndələri velospeddən istifadə etdikləri üçün daha gümrah yaşadıqlarını bildirirlər.

Sakinlərin nəqliyyat vasitəsi kimi velosipedə üstünlük vermələrinin əsas səbəbi, yuxarıda deyilənlərlə yanaşı, həm də ekoloji cəhətdən təmiz və xərcsiz olmasıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar