Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın baş qumarbazı 334 min avro uddu


Azərbaycanda kazinoların fəaliyyətinə qoyulmuş rəsmi qadağa qumar həvəskarlarına qumar masası arxasında varidatlar uduzmağa mane olmur


Bu yaxınlarda virtualaz.org Tbilisinin “Şanqri La” kazinosunda bir neçə saat ərzində 270 min dollar uduzmuş keçmiş deputat Fərhad Qəribov barədə yazmışdı.

Son illər ərzində Azərbaycanda poker üzrə peşəkar oyunçular zümrəsi formalaşıb ki, onlar artıq beynəlxalq turnirlərdə iştirak edilər və bəzən qələbə də qazanırlar. Yəqin ki, ölkənin ən məşhur və adlı-sanlı qumarbazı Ramin Hacıyevdir. O, bu günlərdə Maltada keçirilmiş turnirdə 334 min avro qazanıb.




Oktyabrın sonlarında Ramin Hacıyev Maltada keçirilən Avropa Poker Turunun sonuncu mərhələsinin final masası arxasına əyləşmək hüququ qazanmış altı oyunçudan biri olub. Qeyd edək ki, TOP-6 sırasına düşməyin özü hər bir oyunçuya 98700 avro mükafat qazandırır. Bu azmış kimi, Ramin Hacıyev poker ictimaiyyəti tərəfindən bu mərhələnin hayrolleri adlandırılıb. Poker terminologiyasından baş çıxarmaqda çətinlik çəkən oxucularımıza bildirək ki, hayroller dedikdə inanılmaz yüksək limitlərdə oynamaq bacarığı olan və çox böyük məbləğlərdə “stavka” edən oyunçular nəzərdə tutulur. Belə insanlar üçün bir neçə saat ərzində yarım milyon, bəzən isə 1 milyon dollar uduzmaq adi işdir. Halbuki, adi öləri üçün bu qədər pulu qazanmağa bir ömür də bəs etməyə bilər.




Azərbaycanlı qumarbaz yarışın yalnız həndz-ap (yalnız iki oyunçunun iştirak etdiyi) mərhələsində Yeni Zelandiya təmsilçisinə uduzub.

Final masasının yekunu: Devid Yan - €465800, Ramin Hacıyev - €334400, Aleksey Xoroşenin - €217400, Maks Silver - €164030, Nikita Bosyakovski - €127400, Ole Şemion - €98740. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar