Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın İsraildən aldığı “Spayk” erməniləri qorxuya salıb - Fotolar

Prezidentlərin Cenevrədəki görüşündən qısa müddət sonra Azərbaycan əsgərini qətlə yetirən Ermənistan tərəfi cəbhədəki vəziyyətlə bağlı yaydığı növbəti iftira dolu məlumatda öz təxribatlarını ört-basdır etmək və dünya ictimaiyyətinin fikrini törətdikləri cinayətdən yayındırmaq məqsədini güdür


Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, qorxu və səksəkə içində olan ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları, o cümlədən tank əleyhinə idarəolunan “Spayk” raket kompleksləri görünür.

Məlumatda, həmçinin qeyd edilib ki, Aprel hadisələrində Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərdi. İndi də Ordumuz arsenalında olan silah və döyüş texnikasını tətbiq etməklə öz gücünü növbəti dəfə sübut etməyə hazırdır.

Düşmənin qorxulu röyasına çevrilən “Spayk” nədir?

 “Spayk” raketini İsrailin “Rafael” şirkəti istehsal edir. 1981-ci ildə İsrail ordusunun arsenalına daxil edilsə də, uzun müddət məxfi saxlanılıb. Bu raketin mövcudluğu 2010-cu ildə bəyan edilib. İlk dəfə 2006-cı ildə Livanda gedən döyüşlər zamanı “Hizbullah”a qarşı istifadə olunan raket, hazırda dünyanın 20-ə yaxın ölkəsində var. 

“Spayk” tank əleyhinə raket kompleksi Azərbaycan ordusunun arsenalına bir neçə il öncə daxil edilib. 2016-cı ilin aprel döyüşləri zamanı düşmənin xeyli tank və texnikasının məhv edilməsində “Spayk” raket kompleksinin əvəzəssiz rolu olub.

Həmçinin 15 may 2017-ci ildə Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarışısını alarkən ordumuz “Spayk” tank əleyhinə raket kompleksi ilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını sıradan çıxarıb, şəxsi heyəti məhv edib.

“Spayk” tank əleyhinə idarə olunan raketin bir neçə növü mövcuddur. Bunlar “Spayk NLOS”, “Spayk-SR”, “Spayk-MR”, “Spayk-LR” və “Mini Spayk”dir. 

“Spayk NLOS” – raket kompleksinin uzunluğu 1.5 metdir. Çəkisi 75 kiloqram olan raket kompleksinin uçuş məsafəsi 25 km-dir. Hədəfi 95% dəqiqliklə vurur. Raketlərdə kumulyativ, yaxud fuqas tipli döyüş başlığından istifadə oluna bilər. “Spayk-SR”-in uzunluğu 1.5 metr, çəkisi 9 kiloqramdır. “Spayk” sinfinin ən kiçik raket kompleksidir. Bu kompleks hədəfi 800 metrə qədər məhv etmək iqtidarındadır. 

“Spayk-MR” – bu spike raket kompleksinin orta variantıdır. 2500 metrə qədər hədəfi məhv etmə qabiliyyətinə malikdir. “Spayk-LR” – raket kompleksinin bu növü isə uzaq məsafədəki hədəfləri vurmaq üçün nəzərdə tutulub. 4000 metrə qədər olan hədəfləri məhv edir. “Mini Spayk” – raket kompleksinin bu növü ən yaxın məsafələri məhv etmək üçün nəzərdə tutulub.(azvision.az)

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar