Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın D-8 ölkələri üçün əhəmiyyəti

Ekspert: “Ölkəmiz bu quruma qəbul edilə bilər”


Oktyabrın 21-də Türkiyənin İstanbul şəhərində inkişaf etməkdə olan səkkiz müsəlman ölkəsinin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında keçirilən IX Zirvə görüşü keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə görüşünə xüsusi qonaq olaraq qatılıb.

Azərbaycan prezidenti İstanbulda səfər çərçivəsində oktyabrın 19-da İran İslam Respublikasının birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verib ki, görüşdə prezident İlham Əliyev ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycan prezidenti iqtisadi əməkdaşlığın genişləndiyini, ölkələrimiz arasında mühüm infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib. Dövlətimizin başçısı prezidentlər səviyyəsində görüşlərin əlaqələrimizin genişləndirilməsi işinə töhfə verdiyini bildirib.

İranın birinci vitse-prezidenti Eshaq Cahangiri Azərbaycanla İran arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini deyib, Astara-Astara dəmir yolu xəttinin həm ikitərəfli sahədə, həm də bölgədə əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.

Eshaq Cahangiri regionda terrorizm təhdidlərinin olduğunu söyləyib və buna qarşı mübarizədə ölkələrin səylərinin artırılmasının əhəmiyyətindən danışıb.

İqtisadi əlaqələrimizin uğurla inkişaf etdiyini deyən prezident İlham Əliyev Astara-Astara dəmir yolu layihəsinə dünyada böyük marağın olduğunu qeyd edərək bildirib ki, bu layihə bölgədə iqtisadi əməkdaşlığın inkişafına xidmət edir. Dövlətimizin başçısı deyib ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparan ölkələrdəndir və bu sahədə səylərini əsirgəmir.

Söhbət zamanı Azərbaycan ilə İran arasında energetika, əczaçılıq, sərmayə qoyuluşu, sənaye, o cümlədən birgə avtomobil istehsalı və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərə malik olduğu bildirilib və əlaqələrimizin inkişafına dair fikir mübadiləsi aparılıb.

Azərbaycanın prezidentinin Türkiyə prezidenti və digər iştirakçılarla da ikitərəfli görüşləri olub.

Oktyabrın 20-də prezident İlham Əliyev Zirvə görüşündə çıxış edib.

Türkiyə prezidenti Ərdoğan isə toplantıda çıxışında bildirib ki, D-8-ə yeni üzvləri qəbul etməyə ehtiyac var: “Bizlər, D-8 üzvləri 3 qitəyə hakim vəziyyətdəyik. Zəngin təbii ehtiyatlarımız, gənc, dinamik bir əhalimiz var. Adambaşına düşən milli gəlir də orta hesabla yüksəkdir. Təbii ki, bu da yetərli deyil. D-8-in daxili ticarət dövriyyəsinin həcminin 500 milyard dolları aşacağına inanıram. Müdafiə sənayesi başda olmaqla, bir çox sahələrdə ortaq layihələrimiz ola bilər. Bir çox sahələrdə əməkdaşlıq üçün potensialımız var. Təşkilatımıza yeni üzvlər qazandırmağımıza ehtiyac var. Milli və yerli valyuta ilə ticarət etsək, ölkələrimiz qazanar. Mübadilə mərkəzi yaratmaq üçün mərkəzi banklarımızı bir araya gətirməliyik”.

Digər çıxışlardan sonra D-8 Şurasının 16-cı, 17-ci və xüsusi sessiyalarının hesabatları dinlənilib, gündəlikdə duran məsələlər müzakirə olunub.

Sonra Türkiyə prezidenti R.T.Ərdoğanın, Azərbaycan prezidenti İ.Əliyevin və digər ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə D-8 təşkilatı ilə İslam İnkişaf Bankı arasında Anlaşma Memorandumu imzalanıb. Zirvə görüşündə D-8-ə sədrlik Pakistandan Türkiyəyə keçib.

D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi-Türkiyə və İndoneziya “Böyük iyirmilər”in (G-20) üzvüdür. D-8-in fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirməkdir.

Azərbaycan prezidentinin Türkiyəyə səfəri dünən günün ikinci yarısı başa çatıb.

Azərbaycanın dövlət başçısının D-8 ölkələrinin sammitinə xüsusi qonaq olaraq dəvət edilməsinin və iştirakının həm ölkəmiz, həm də qurumun özü üçün əhəmiyyəti barədə siyasi ekspert Yeganə Hacıyeva  “Yeni Müsavat”a danışıb: “Bildiyiniz kimi, D-8 Türkiyyənin təşəbbüsü ilə yaranmış, 8 üzv İslam ölkələri arasında  əməkdaşlığı gücləndirmək və növbəti pillədə inkişaf edən digər İslam dövlətlənin də üzvlüyə cəlb edilməsi ilə dünya iqtisadiyyatında İslam ölkələrinin mövqelərinin möhkəmlənməsinə imkan yaradacaq bir platforma kimi nəzərdə tutulub. D-8 üzv ölkələrin əməkdaşlıq sahələri kimi  geniş spektr nəzərdə tutulsa da hazırda enerji, ticarət, sənaye, maliyyə bank sistemi, turizm, mədəniyyət və idman sahələrində geniş əməkdaşlıq mövcuddur. Öncəliklə onu qeyd etmək istəyirəm ki, Azərbaycanın iqtisadi baxımdan yerləşdiyi ərazinin və coğrafi mövqeyinin,  beynəlxalq münasibətlər və xarici  siyasət baxımından strateji əlaqələrinin önəmini nəzərə alsaq,  istənilən iqtisadi və siyasi platforma üçün xüsusilə regionlar arası formatda nəzərdə tutulan platformalar üçün arzu edilən bir tərəfdaşdır. Azərbaycan həmçinin bir müsəlman ölkəsidir, İslam həmrəyliyi baxımından D-8 təşkilatına gələcək əməkdaşlıq üçün qlobal iqtisadi və siyasi oyunçunun dəvət olunması çox normaldır. Xüsusilə enerji , neft, qaz tranziti baxımından Azərbaycan özünün mövcud və inkişaf etdirdiyi infrastrukturu ilə D-8 ölkələri üçün Avropa Birliyi və ümumilikdə Qərb ölkələri arasında körpü rolunu oynaya biləcək bir ölkədir. Bütün bunları nəzərə aldıqda Azərbaycanın prezidentinin fəxri qonaq qismində D-8 zirvəsinə dəvət edilməsinin tamamilə təbii olduğunu görərik. Burada toplantıya ev sahibliyi edən Türkiyə prezidentinin də qardaş ölkə olaraq Azərbaycana, onun başçısına xüsusi dost münasibətinin rol oynadığını qeyd etmək lazımdır. Türkiyə prezidenti də Azərbaycanın önəminin fərqindədir. Türkiyə prezidenti Ərdoğan Zirvə toplantısında bildirib ki, təşkilata yeni üzvlərin qəbuluna ehtiyac var. Düşünürəm ki, Ərdoğan ilk növbədə Azərbaycanın nəzərdə tutur. Odur ki, Azərbaycanı yaxın gələcəkdə D-8-ə üzv qəbul ediləcəyi mümkündür".

Ekspert onu da qeyd etdi ki, Azərbaycan üçün də D-8 ilə əməkdaşlıq ciddi əhəmiyyət daşıyır: “2015-ci ildə təşkilatın energetika və texnologiya sahəsində gələcək əməkdaşlığın fəaliyyət strategiyalarını formalaşdırmaq üçün işçi qruplar yaradılıb, bu sahədə Azərbaycanın təcrübəsi və əlaqələrindən yararlanmaq məqsədilə də addımlar atılıb. Həmçinin Azərbaycan üçün 16,4 trilyon dollarlıq dünya ticarət həcminin təqribən 4%-ni təşkil edən, 3,7 trilyon dollarlıq iqtisadi dövriyyəyə malik, əhalisinin ümumi sayı 1 milyard nəfər olan D-8 ölkələrinin ixracat həcmi eyni zamanda 693 milyard dolları əhatə edən bir platforma çox cəlbedicidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar