Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Cənub Qaz Dəhlizi kəmərini maliyyələşdirmək üçün öz imkanları varmı?


İlham Şaban: “Mən hesab etmirəm ki, Azərbaycanın beynəlxalq maliyyə inistitutları ilə məhz Cənub Qaz Dəhlizi boru kəməri çərçivəsində, o cümlədən “Şahdəniz-2” layihəsinin maliyyələşdirilməsi ilə bağlı hansısa bir problemi yaransın”

   
Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü tərk etməsindən sonra Cənub Qaz Dəhlizi kəməri layihəsindəki payını ödəmək məqsədilə beynəlxalq maliyyə təsisatlarından kredit alması çətinləşəcəyi məsələsi faktiki olaraq mümkünsüzdür”.

Bu sözləri nerji məsələləri üzrə eskpert İlham Şaban Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü tərk etdikdən sonra Cənub Qaz Dəhlizi kəməri layihəsindəki payını ödəmək məqsədilə beynəlxalq maliyyə təsisatlarından kredit alması çətinləşəcəyi ilə bağlı yayılan məlumatları PİA.AZ-a şərh edərkən deyib. 

Xəbər verdiyimiz kimi Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) Beynəlxalq İdarə Heyətinin martın 7-8-də Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilən 36-cı toplantısında Azərbaycanın bu beynəlxalq koalisiyada fəaliyyəti (statusu) dayandırılıb. Bundan sonra Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bəyanat yayaraq Azərbaycanın MSŞT-ni rəsmi şəkildə tərk etdiyini bildirdi. Azərbaycanın MSŞT-ni tərk etmə xəbərinin ardından Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri arasında gedən mübahisə daha da gücləndi. Birmənalı fikir ondan ibarət oldu ki, Azərbaycanın bu təşəbbüsdən çıxması ölkə üçün heç də müsbət hadisə deyil.

Həmçinin bəzi analitiklərin fikrincə, Azərbaycanın MSŞT-nin 4 ay əvvəl verdiyi tövsiyələri yerinə yetirməməsi Bakı üçün ciddi maliyyə problemləri yarada bilər. Xarici mətbatda xüsusilə vurğulanır ki, Azərbaycanın Cənub Qaz Dəhlizi kəməri layihəsindəki payını ödəmək məqsədilə beynəlxalq maliyyə təsisatlarından kredit alması çətinləşəcək. Azərbaycanın Cənub Qaz Dəhlizi kəmərini maliyyələşdirmək üçün öz imkanları varmı?   

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı enerji məsələləri üzrə eskpert İlham Şabana müraciət edib.



İlham Şaban: “Azərbaycanın Cənub Qaz Dəhlizi kəməri layihəsindəki payını ödəmək məqsədilə beynəlxalq maliyyə təsisatlarından aldığı kreditin bir punkt artması ölkəmizə təsir etməz”.  


Enerji məsələləri üzrə eskpert hesab edir ki, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü tərk etdiyinə görə nə Avropanın, nə də hər hansı şirkətlərin maraq dairəsində deyil ki, Cənub Qaz Dəhlizi layihəsinin və “Şahdəniz-2” layihəsinin qrafikində geriləmələr olsun:

“Mən hesab etmirəm ki, Azərbaycanın beynəlxalq maliyyə inistitutları ilə məhz Cənub Qaz Dəhlizi boru kəməri çərçivəsində, o cümlədən “Şahdəniz-2” layihəsinin maliyyələşdirilməsi ilə bağlı hansısa bir problemi yaransın. Artıq bu layihələrin maliyyələşdirilməsinin yarıdan çoxu həyata keçirilib. Yəni illər üzrə götürsək Cənub Qaz Dəhlizi layihəsinin, həmçinin də “Şahdəniz-2” layihəsinin pik nöqtəsi arxada qalıb. Bildiyimiz kimi bu ilin sonunda “Şahdəniz-2” layihəsinində tikinti işləri başa çatacaq. Bundan sonrakı mərhələdə, yəni gələn ilin ortasında “Şahdəniz-2” layihəsi üzrə ilk qaz Türkiyəyə çatacaq. 2020-ci ildə işdə isə “Şahdəniz-2” layihəsi üzrə qaz Avropaya çatacaq. 

Qeyd edim ki, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü tərk etdiyinə görə nə Avropanın, nə də hər hansı şirkətlərin maraq dairəsində deyil ki, Cənub Qaz Dəhlizi layihəsinin və “Şahdəniz-2” layihəsinin qrafikində geriləmələr olsun. Düzdür Avropa Azərbaycanın oradakı maliyyə inistitutlarının alacağı kreditin faiz dərəcələrində müəyyən bir artım edə bilər. Ancaq bu faiz dərəcəsinin artması da Avropadakı boru kəmərləri üçün ola bilər. Azərbaycanın da Avropa borularındakı payı cəmi 1 milyarddır və faiz dərəcəsi də kiçikdir. Buna görə də bu faizin bir punkt artması Azərbaycana təsir etməz. Yəni beynəlxalq maliyyə təsisatlarından kredit alması çətinləşəcək deyə Azərbaycan hökumətini nəyəsə vadar etmək və hökumətin öz prinsiplərindən geri çəkilməsini gözləmək səhv olar. Həmçinin digər tərəfdən hökuməti məcbur etmək ki, biz dediyimizlə otur-dur, yoxsa sizə verilən maliyyəni 0.8 faizlə yox 1 faizlə verəcəyik, bu düzgün deyil və ola da bilməz. 

İlham Şaban: “Beynəlxalq maliyyə təsisatlarından kredit alması çətinləşəcək, deyə Azərbaycan hökumətini nəyəsə vadar etmək və hökumətin öz prinsiplərindən geri çəkilməsini gözləmək səhv olar”.


Əslində bu hal bir praktikadır. Onu da qeyd edim ki, hansısa bir hökuməti, xalq dilində desək, ipə-sapa yatızdırmaq üçün bu cür proseslərə əl atmaq da düzgün deyil. Buna görə də yazılanları, deyilənləri mən bir müşahidəçi, həmçinin dünyada baş verən bu cür layihələrin icrasını təhlil edən adam kimi deyə bilərəm ki, dünyada Cənub Qaz Dəhlizi, həmçinin də “Şahdəniz-2” layihəsi kimi kifayət qədər enerji layihələri icra olunub. Praktikadan çıxış edərək qey edim ki, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü tərk etməsindən sonra Cənub Qaz Dəhlizi kəməri layihəsindəki payını ödəmək məqsədilə beynəlxalq maliyyə təsisatlarından kredit alması çətinləşəcəyi məsələsi faktiki olaraq mümkünsüzdür. 

Bütün bunlara görə də bu məsələdə Azərbaycan hökumətinin öz yolundan dönəcəyi və ya başqa addımlar atacağın gözləməyə dəyməz. Azərbaycanın və Dövlət Neft Şirkətinin çıxılmaz vəziyyətdə qalması deyilməsi də sadəcə olaraq mifdir. Azərbaycan bu layihələrin həyata keçirilməsində üzərinə düşən öhdəliklərə əməl edir və həyata keçirir. Avropa ölkələri ilə ikitərəfli çıxışlarda, görüşlərdə də bütün bunlar vurğulanır. Bütün bunlar da Azərbaycanın ikitərəfli əlaqələrinin faktiki olaraq ana xəttin təşkil edir. Onu da qeyd edim ki, hələ indiyə qədər bu məsələ, yəni vətəndaş cəmiyyəti, MSŞT hansısa fon şəklində qaldırılmayıb”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar