Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ABŞ-dakı səfirindən “Con Batçelor Şou” verilişinə müsahibə


ABŞ-da məşhur və olduqca geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb


Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, müsahibəni Con Batçelorla yanaşı ABŞ-da tanınmış ictimai xadim, yəhudi icmasının ən nüfuzlu nümayəndələrindən biri Makolm Hoenlein aparıb.

Verilişin dünya xəbərləri çərçivəsində baş tutmuş müsahibədən əvvəl aparıcı Azərbaycanın mühüm əhəmiyyətli Xəzər dənizi regionunda yerləşdiyi, həmin regionda sabitlik rolunu oynadığı və vacib enerji ölkəsi olduğu vurğulanıb. Müsahibə zamanı səfir Süleymanov Azərbaycanın zəngin tolerantlıq və multikulturalızm ənənələrinə toxunmuş, müxtəlif din nümayəndələrinin dinc və həmrəylikdə yaşadığı, ölkəmizdə heç zaman ksenofobiya və ayrı-seçkiliyin olmadığını önə çəkib. Buna misal kimi bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevin öz tvitter səhifəsindəki “Azərbaycanda heç bir zaman ksenofobiya və ya anti-semitizm olmayıb və heç vaxt olmayacaq” bəyanatını xatırladıb. Həmçinin E.Süleymanov xatırladıb  ki, bu yaxınlarda səfirliyin həmtəşkilatçı olduğu azadlıq və müxtəlifliyə həsr olunmuş Hanukkah tədbirində Azərbaycanın dünyada tolerantlıq və mənəvi körpü kimi tanınması sayəsində öz aralarında müxtəlif ziddiyyətləri olan dairələri bir araya gətirib. Buna xüsusi misal kimi E.Süleymanov Vaşinqtonda Fələstin Azadlıq Təşkilatı kimi qeydiyyata alınmış Fələstin nümayəndəliyinin rəhbəri və İsrail səfirinin tədbirdə birgə iştirakını vurğulayıb.

E.Süleymanov aparıcının Azərbaycanın xarici siyasəti ilə bağlı müxtəlif suallarına cavab verib və bu xüsusda Böyük İpək Yolu və Azərbaycandan keçən Qərb-Şərq və Şimal-Cənub marşrutları, İsrail-Azərbaycan əlaqələri, Azərbaycan torpaqlarının işğal edilməsi, yeni seçilmiş növbəti ABŞ Administrasiyası ilə əməkdaşlıq, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ölkəmizin gözləntiləri barədə məlumat verib.

Qeyd edək ki, "Con Batçelor Şou" gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.  (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar