Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın 4 idmançısında dopinq aşkar edildi

Yarışlarda iştiraklarına qadağa qoyuldu


Azərbaycanın 4 idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytında bildirilir. Güləşçi Ruhin Mikayılov 18 aylıq, bodibildinqçilər Adil Rzayev, Fövqi Əfəndiyev və Kənan Cəlilov isə 48 aylıq diskvalifikasiyaya məruz qalıblar.

Mikayılov qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdinə görə cəzalanıb. Onun orqanizmində furosemid maddəsi aşkarlanıb. Rzayev, Əfəndiyev və Cəlilovdan alınmış nümunələrdə isə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Birincinin orqanizmində stanozolol metaboliti, boldenon, boldenon metaboliti, dehydroxlorometiltestosteron, 1-androstenedion, 1-testosteron və 19-norandrosteron maddəsi tapılıb. Digər bodibildinqçidə klenbuterol və tamoksifen metaboliti aşkarlanıb. Sonuncuda isə dehidroxlorometiltestosteron metaboliti, metenolon metaboliti və metenolon təsbit edilib.

2012-ci ildə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə 63 kq çəki dərəcəsində dünya çempionu və Avropa çempionatının bürünc mükafatçısı olmuş Mikayılovun cəzası 2017-ci il iyulun 5-də qüvvəyə minib və 2019-cu il yanvarın 5-də başa çatacaq. Bodibildinqçilərə gəldikdə, Rzayev və Əfəndiyevdə bu müddət 4 avqust 2017-ci ildən 4 avqust 2021-ci ilədək, Cəlilovda isə 4 oktyabr 2017-ci ildən 4 oktyabr 2021-ci ilədək nəzərdə tutulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar