Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın “qara siyahı”sına 180 xarici jurnalistin adı daxil edilib


Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən xarici vətəndaşların siyahısına 180 jurnalisitin adı daxil edilib


Oxu.Az İnterfaksa istinadən xəbər verir ki, bu barədə XİN məlumat yayıb. 

“İşğal edilmiş ərazilərə qanunsuz səfər etdikləri üçün 180 xarici jurnalistin adı Azərbaycanda arzuolunmaz şəxslərin daxil edildiyi “qara siyahı”dadır. Onların əksəriyyəti Rusiya və Ukraynanın jurnalistləridir”, - nazirlikdən bildiriblər.

XİN qeyd edib ki, ümumilikdə “qara siyahıya” 623 nəfər daxildir. 

 “2016-cı ildə 20-yə yaxın adam rəsmi şəkildə üzr istəyib, bununla əlaqədar onların adları siyahıdan çıxarılıb. Onların arasında Litva, Yaponiya və Avstriyadan olan jurnalistlər var. Azərbaycanın işğal edilmiş ərazilərinə ən çox Rusiya, Almaniya, Fransa, İtaliya və ABŞ nümayəndələri səfər edib”, - nazirliyin nümayəndəsi bildirib. 

Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev agetliyə bildirib ki, nazirlik İndoneziyanın “Tempo” jurnalının nümayəndəsi Fameqo Putrinin Dağlıq Qarabağa “qanunsuz səfəri” ilə əlaqədar informasiyanı araşdırır. 

Azərbaycanın İndoneziyadakı səfirliyinə İndoneziyanın “Tempo” jurnalının nümayəndəsi Fameqo Putrinin Dağlıq Qarabağa “qanunsuz səfəri” ilə əlaqədar informasiyanın araşdırılması tapşırılıb”, - o deyib. 

Putri 2016-cı ilin oktyabrında işğal edilmiş Qarabağda olub və səfərin yekunlarına görə “Tempo” jurnalında dərc edilən məqaləni hazırlayıb. 

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar