Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanı Avropa Şurasından çıxarmaq hədəsinə Bakıdan iki fərqli reaksiya


Səməd Seyidov “Dünya dağılmayacaq” deyir, ekspertlər isə...


Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq sazişi imzalanmasına hazırlıq getdiyi bir vaxtda Avropa Şurasının baş katibi ölkəmizi hədələyən bəyanatla çıxış edib.

Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarına rəğmən, rəsmi Bakı siyasi məhbuslar İlqar Məmmədov və digər siyasi məhbusları azadlığa buraxmaqdan imtina edib, ona görə də Azərbaycana qarşı misli görünməmiş hüquqi hərəkət - Azərbaycanın Avropa Şurasından çıxarılması lazımdır.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə Yaqlandın çağırışına sərt cavab verib. S.Seyidov bildirib ki, Avropanın içərisində püxtələşmiş, formalaşmış, Azərbaycanı istəməyən qüvvələr fikirləşirlər ki, Azərbaycanı Avropa Şurasından çıxartsaq, bununla dünya dağılacaq: “Vallah, dünya da dağılmayacaq, problem də olmayacaq. Problem daha çox Azərbaycan üçün yox, Avropa Şurası üçün olacaq. Rusiya çıxdı Avropa Şurasından, nə oldu? Hər iclasda müzakirə olunur ki, Rusiyanı hansı yolla qaytaraq”.

Image result for <a href=Səməd Seyidov">

Bununla belə, nümayəndə heyətinin rəhbəri Bakının Avropa Şurası ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib və mövcud problemlərin həllində maraqlı olduğunu deyib: “Dünyanın ən aparıcı neft şirkətləri 2050-ci ilə qədər Azərbaycanla ”Azəri-Çıraq-Günəşli" ilə bağlı müqavilə imzaladılar. Orda TAP, TANAP məsələsi, Avropa-Azərbaycan əlaqələri baş nazirlər, nazirlər, siyasətçilər tərəfindən təqdim olundu. Elə bilirsiniz, bu bizi istəməyən qüvvələrə xoş gəlir? Ona görə əllərindən gələni edirlər ki, Azərbaycanı tənqid etsinlər, layiq olmayan dövlət kimi təqdim etsinlər, Avropa Şurasından çıxarsınlar, Avropa Parlamenti ilə münasibətləri korlasınlar, Avropa Şərq Tərəfdaşlığı Proqramından uzaqlaşdırsınlar. Təbii, onlar bu mübarizəni, müharibəni aparırlar. Siz görmüsünüzmü, bizdə problem olduğuna görə kimsə Azərbaycandan imtina etsin? Ancaq biz problemləri həll edirik. Məsələn, bu yaxınlarda Mehman Əliyevlə bağlı addım atıldı. Mən sizə də müsahibəmdə demişdim ki, tələsməyin, bununla bağlı araşdırmalar gedir. Onunla yanaşı Nardaran hadisələrində iştirak edən şəxslər, Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşan cənab Lapshin azadlığa buraxıldı. Yəni proses gedir".

Image result for Politoloq Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Yoqland ilk dəfə deyil Azərbaycanı hədələyir: “Bu şəxsin ölkəmizə qarşı mövqeyi bəllidir. Amma Yoqlandın Bakıda Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanması mərasimindən bir gün öncə belə bir açıqlama ilə çıxış etməsi maraq doğurur. Görünür yeni əsrin layihəsi hansısa dairələri ciddi şəkildə narahat edir. Əks təqdirdə bu önəmli hadisə öncəsi ölkəmizə qarşı təbliğat kampaniyasının yeni dalğası başlanılmazdı. Bununla yanaşı, Azərbaycanın Avropa Şurasından çıxarılacağı barədə hər hansı bir addımın atılacağını gözləmirəm. Eyni zamanda hesab edirəm ki, xüsusilə ağır cinayət törətməyən və ictimai təhlükə yaratmayan, bəzi təşkilatlar tərəfindən həbsləri siyasiləşdirilən insanların cəzalarının yerdə qalan hissəsindən azad edilməsi yaxşı olardı. Radikal düşərgənin xəstə təfəkkürlü, sadomazoxist, başqalarının əzab çəkməsindən həzz alan bəzi təmsilçilərindən fərqli olaraq, mən belə şəxslərin azadlığa buraxılmasını “hakimiyyətin geri çəkilməzi” kimi qiymətləndirmirəm. Əksinə, irəli addım atması kimi dəyərləndirirəm. Azərbaycanda mütəmadi olaraq əfv sərəncamları imzalanır, amnistiya aktları qəbul edilir. Və bütün bunlar da dövlətin öz iradəsi ilə həyata keçirilir. Digər tərəfdən, əgər kimlərsə Azərbaycanın əleyhinə qarayaxma kampaniyası aparmaq istəyirlərsə, ilk növbədə mümkün qədər bu bəhanələri onların əlindən almaq lazımdır. Bəhanə qalmadıqdan sonra isə belələrini ifşa etmək daha asan olur".

Image result for Politoloq Elşən Mustafayev

Politoloq Elşən Mustafayev isə bildirdi ki, hər hansı dövlətin Avropa Şurasından çıxarılması asan məsələ deyil: “Bu prosesə qədər bir sıra prosedurlardan keçirilməlidir. Avropa Şurasına üzv olan dövlətlərin qurum qarşısında öhdəlikləri var və bu öhdəliklərə hər bir dövlət imza atıb. Bu gün Avropa Şurası rəhbərliyi Azərbaycan hökumətinin bu öhdəliklərin bəzilərini yerinə yetirmədiyini bəyan edir. Bu üzdən Avropa Şurası təcrübəsinə əsaslanaraq demək olar ki, verilən bəyanatlar Azərbaycanla bağlı hansısa qərarların verilməsi ilə nəticələnə bilər. Amma düşünürəm ki, bu, üzvlükdən çıxarılmaqla yox, ilkin mərhələdə səsvermə hüququnun əlindən alınması ilə həyata keçirdilə bilər. Rusiya ilə bağlı verilən qərar bu istiqamətdə bir presedentdir. Sadəcə, Rusiya böyük və hərbi cəhətdən güclü dövlət kimi buna müqavimət göstərə bilir, amma Azərbaycan üçün bu problemlər yaradar. Hesab edirəm ki, məsələlərin belə bir mərhələyə çatmasına yol vermək olmaz. Heç kim demir ki, səslənən iradların hamısı qeyd-şərtsiz qəbul edilsin. Sözsüz ki, razılaşılmayan mübahisə predmeti ola biləcək məsələlər də ortada olacaq. Amma bu gün Azərbaycana qarşı Avropa Şurasının söylədiyi iradların bir çoxunu çox rahatlıqla aradan qaldırmaq mümkündür və bundan hökumət heç nə itirməyəcək, əksinə həm ölkə daxilində həm də ölkə xaricində bu addımlar təqdir olunacaq, müsbət qarşılanacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar