Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandan şahin quşu aparan Qətər vətəndaşı tutuldu

Azərbaycan gömrükçüləri nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi quşun ölkəmizin sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə aparılmasına cəhdin qarşısını alıblar


Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu unikal qaçaqmalçılıq halı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində qeydə alınıb.

Bakı-Doha aviareysi ilə gedən Qətər vətəndaşı gömrük nəzarətindən keçərkən gömrük bəyannaməsi və müvafiq icazə sənədini təqdim edərək, əvvəllər Azərbaycan ərazisinə gətirdiyi şahin quşunu təkrar ixrac etdiyini bildirib.

Lakin gömrük əməkdaşları xüsusi skaner vasitəsilə şahin quşunun elektron etiket nömrəsini qeydə alıb eyniləşdirmə apararkən, sənədlərdən və eyniləşdirmə vasitəsindən aldatma yolu ilə istifadə olunduğu və əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yenisi ilə dəyişdirildiyi aşkara çıxıb.

İlkin araşdırma zamanı Qətər vətəndaşı izahat verərək, ov etmək üçün Salyan rayonuna gəldiyini və Azərbaycanda olduğu vaxt həmin şahin quşunu bir nəfərin ona hədiyyə etdiyini bildirib. Lakin əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yaşlı, hədiyyə verildiyi iddia edilən şahin quşunun isə cavan olduğu və Azərbaycanda ovlandığı müəyyənləşdirilib.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Şəhər Heyvanat Parkına göndərilən sorğu məktubuna cavabda məlumat verilib ki, saxlanılan şahin quşu - qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid quş növüdür və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxildir.

Faktla bağlı araşdırma davam edir.

Qeyd edək ki, bu fakt Azərbaycanda heyvanlar aləminin mühafizəsinin təmin edilməsi baxımından əhəmiyyətli olduğu kimi, eyni zamanda, gömrük orqanlarının yalnız ənənəvi gizlətmə üsulları vasitəsilə deyil, həm də mürəkkəb yollarla törədilən qaçaqmalçılıq hallarına qarşı sayıqlıq və qətiyyət nümayiş etdirməsinə daha bariz bir nümunədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar