Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandan İŞİD-ə gedən yol bağlandı?


Türkiyənin İraq İslam Şam Dövləti (İŞİD) kimi tanınan terror qruplaşmasına silahlı hücumların etməsi, Azərbaycandan Türkiyə vasitəsi ilə İŞİD-ə qoşulanların sayına təsir edə bilər


Məsələ ilə bağlı musavat.com-a  milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər danışıb. Onun sözlərinə görə, Türkiyənin İŞİD-ə qarşı əməliyyatlara başlaması region üçün təsiri olacaq:

“Türkiyənin hazırda apardığı əməliyyatlar, İŞİD-ə bu ölkə üzərindən qoşulmaq istəyənlərin, müəyyən dərəcədə qarşısını alacaq. Ancaq onu da nəzərə almaq lazımdır ki, İŞİD-də qoşulmaq üçün yeganə yol Türkiyə üzərindən deyil. İŞİD-ə qarşı mübarizə İraqSuriya ərazisində şiddətləndikcə, bu qruplaşmaların digər ərazilərə yayılması ehtimalı  da artır. Dolayısı ilə  İŞİD-in Azərbaycanda yaxud da, Şimali Qafqazda, Mərkəzi Asiyada  əməliyyatlara başlaması ehtimalı getdikcə artır. Bu gün İŞİD-ə qarşı aparılan  əməliyyatlar  müəyyən nəticələr versə də, bu terror qruplaşmasının aradan qaldırılması üçün yetərli deyil. Doğrudur ki, İŞİD-ə qarşı geniş koalisiya yaranıb. Ancaq onların əsas əməliyyatları hava hücumlarından təşkil olunub. Hesab edirəm ki, İŞİD-i havadan bombalamaqla, onu tam aradan qaldırmaq mümkün deyil. İstənilən terror təşkilatı ilə mübarizə, hər tərəfli- siyasi, iqtisadi, hərbi, psixoloji və sairə daxil olmaqla aparılmalıdır”.

S.Əkbər Türkiyənin  İŞİD-ə qarşı mübarizəyə başlaması barəsində isə aşağıdakıları söyləyib:
“Bu birdən-birə başlayan hal deyil. Türkiyənin maraqları baxımından qiymətləndirdikdə görmək olar ki, hazırda İraqSuriyada çox mürəkkəb hal yaranıb. Türkiyə bir dövlət olaraq, İŞİD-lə mübarizədə müxtəlif taktikalar  həyata keçirdi. İŞİD birbaşa Türkiyənin maraqlarını təhdid etməyə başladıqdan sonra isə, onlar terror qruplaşmasına qarşı  ciddi mübarizəyə başladılar. Bu gün də onlar açıq şəkildə İŞİD-ə qarşı mübarizəyə qoşulublar. Bütün bunlar yuxarıda qeyd etdiyim kimi İŞİD-ə Türkiyə üzərindən qoşulanların sayının azalmasına səbəb olacaq”.

Qeyd edək ki, dünən Milli Təhlükəsizlik Nazirliyi İŞİD terror təşkilatının fəaliyyətində iştirak edən şəxsləri saxlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Ən çox oxunanalar