Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandan AB-nin Şərq Tərəfdaşlığı Proqramı ilə bağlı yeni təşəbbüs


Vətəndaş cəmiyyəti institutlarının rəhbərləri fəaliyyətə keçir


Yanvarın 12-də insan haqları müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Zəlihə Tahirova, Eldar Zeynalov, Mirvari Qəhramanlı, Əliməmməd Nuriyev, Əvəz Həsənov D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin ofisində ölkədə insan haqları ilə bağlı durumu müzakirə ediblər. 

Müzakirələrin gedişində gündəmdə olan məsələlərə diqqət ayrılıb, təklif və tövsiyələr səsləndirilib.

Hüquq müdafiəçiləri Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2018-ci ilin "Xalq Cümhuriyyəti ili" elan olunmasını yüksək qiymətləndirib və Cümhuriyyət İlinin uğurla keçirilməsi üçün yaradılan işçi qrupun tərkibinə peşəkar, aparıcı hüquq müdafiəçilərinin, eləcə də Cümhuriyyət qurucularının ölkədə və xaricdə yaşayan yaxınlarının, qohumlarının daxil edilməsini məqsədəuyğun saydıqlarını vurğulayıblar.

Əsas müzakirələr “Qrant haqqında” Qanuna 2014-cü ildə edilən əlavə və dəyişikliklər ətrafında olub. İnsan haqları müdafiəçiləri bildiriblər ki, dəyişikliklərdən sonra bir sıra vətəndaş cəmiyyəti institutlarının, ən əsası da insan haqları ilə məşğul olan QHT-lərin işi çətinləşib, onlardan bəziləri ümumiyyətlə bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Problemlə bağlı narahatlıqlarını ifadə edən vətəndaş cəmiyyəti institutlarının rəhbərləri vətəndaş cəmiyyətinin güclənməsi üçün qanunvericiliyə yenidən baxılmasının vacib olduğunu bildiriblər.

Toplantıda bəzi dövlət qurumları yanında yaradılan İctimai Şuraların formalaşdırılması prosesi də müzakirə edilib. Çıxışçılar bəzi şuraların müstəqil olmadığını, bu səbəbdən onların fəaliyyətinin effektivliyinə böyük şübhə ilə yanaşdıqlarını bildiriblər. İnsan haqları müdafiəçilərinin fikrincə, ölkədə ictimai-nəzarət mexanizminin gücləndirilməsi üçün qanunvericiliyə yenidən baxılması mütləqdir.

Hüquq müdafiəçiləri ölkədə insan hüquqları sahəsində olan ciddi problemlərin müzakirəsi və həlli üçün yaradılmış İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun fəaliyyətinin gücləndirilməsi məqsədilə ölkənin hüquq-mühafizə sahələrinə rəhbərlik edən şəxslərlə görüşlər keçirməyi təklif ediblər.

Müzakirələr zamanı Azərbaycanın beynəlxalq birliyə inteqrasiyasını sürətləndirmək üçün Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələsinə də toxunulub, hüquq-müdafiə təşkilatlarının bu sahə üzrə fəaliyyətinin intensivləşdirilməsinə ehtiyac olduğu vurğulanıb. Sonda uyğun dövlət qurumlarının, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri ilə məsələ ilə bağlı görüşlər, müzakirələr keçirilməsi qərara alınıb.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar