Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda “Cihad fondu” fəaliyyət göstərir?



Son günlər Azərbaycandan İŞİD-ə maliyyə yardımı edildiyinə dair məlumatlar yayılıb


 “Umma.ua” saytının iddiasına görə, indiyə qədər ölkəmizdən radikal qruplaşmaya 5 milyon dollara qədər pul göndərilib. 

Bu pullar əsasən böyük ticarət mərkəzləri, supermarketlər və digər obyektlər tərəfindən göndərilib. 

Publika.az ölkədə İŞİD tərəfdarlarının maliyyə toplaması haqda yeni informasiyalar əldə edib. Özəl mənbədən daxil olan məlumata görə, şimal zonasında radikal xəvaricilər öz aralarında qeyri-rəsmi fond yaradıblar.

“Hər ay bu fonda pul daxil olur. Bu kəslər müxtəlif yerlərdə işləyirlər. Amma dövlət işləri onlara görə haramdır. Yəni tağut – mövcud idarəçilik sisteminə boyun əymək kimi qəbul edilir. Onlar daha çox kiçik ticarətlə məşğul olur və normal pul qazana bilirlər. Məlumatlar var ki, onlar qazandığının müəyyən hissəsini yaratdıqları fondda toplayır. Lakin bu pulların hara xərcləndiyi dəqiq deyil. Maraqlıdır ki, onların indiyə qədər hansısa yetimə, yaxud pula ehtiyacı olana yardım etdikləri görünməyib. Buna görə də pulların toplanması və hara xərclənməsi diqqət çəkir”, - deyə mənbə qeyd edib.

Xudat sələfilərinin lideri Nadir Xosrovoğlu məsələ ilə bağlı açıqlamasında xəvariclərin İŞİD-ə yüksək miqdarda pul göndərdiyinə inanmır. Onun sözlərinə görə, xəvaricilər sələfilərin içindən çıxdıqları üçün onlara yaxşı bəllidir: “Adətən, ticarətlə məşğul olurlar. Ola bilsin ki, aralarında pul toplayırlar. Amma biz bu pullardan ehtiyacı olanlara yardım edildiyinin şahidi olmamışıq. Misal üçün, biz öz aramızda pul yığırıq və bu puldan ehtiyacı olan insanlara, dul qadınlara, yaşlı insanlara köməklik göstəririk. Amma topladığımız pul 150-200 manatdan artıq olmur, bəzən borca da giririk. Xəvaricilər  isə belə şeylərdə xəsisdirlər. Onların pul topladıqları haqda məlumatlar var idi. Lakin bu pulları cihada getmək istəyənlərə verdikləri daha inandırıcıdır, nəinki, İŞİD-ə göndərdikləri. Çünki İŞİD-ə pul göndərmək üçün gərək kanallar olsun”.

Qeyd edək ki, paytaxt polisinin İŞİD-ə maliyyə yardımı etdiyi ehtimal olunan bir neçə böyük obyekti izlədiyinə dair xəbər vermişdi.

Bu tipli məlumatlar inandırıcı görünməyə bilər. Lakin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlının bir müddət öncə “Gənclərimizi Suriyaya, İŞİD-ə və başqa yerlərə göndərənlərin maliyyə mənbəyi dərhal məhv ediləcək” açıqlaması bu fakta diqqət çəkir. Komitə sədri belə mənbələrdən xəbərsiz şəkildə bu formada açıqlama verməz.

“Mən ərazilərə gedəndə onların o obyektləri ilə də maraqlanmışam. Bəli, məlumat var ki, onlar əldə etdikləri vəsaitdən radikal mərkəz yaradaraq yeni üzvlər cəlb edirlər və sair. Bununla da təbii ki aidiyyəti qurumlar artıq məşğul olur. Çünki radikal, ekstremizmə meylin qarşısını almaq üçün onların iqtisadi bazasını sarsıtmaq lazımdır. Biz imkan verməyəcəyik ki, kimlərsə Azərbaycanda müxtəlif vasitələrlə maliyyə vəsaiti toplayıb bunu hansısa terrorçu qrupa və terrorçu niyyətlərə yönəltsinlər. Əgər kimlərsə burada vəsait əldə edib bundan Suriyaya, İŞİD-ə və başqa yerlərə gənclərimizi göndərmək üçün istifadə edəcəksə, bunun qarşısı alınacaq və dərhal bu vəsaitin mənbəyi məhv ediləcək” , - deyə komitə sədri qeyd edib.

Digər tərəfdən, dinşünas ekspert Aydın Əlizadə də radikal xəvariclərin pul topladığına dair açıqlamalar vermişdi. O, toplanan ümumi illik maliyyənin təxminən 5 milyon dollar həcmində olduğunu, bu məbləğə həm xaricdən göndərilən yardımlar, həm biznes strukturlarına yatırılmış maliyyə və bu şəxslərin özlərinin idarə etdiyi biznes əməliyyatlarından gələn gəlir, həm də zəkat formasında vəhhabi üzvlərdən yığılan vəsaitlər daxil olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu pulların hamısı təbliğata, nəşr vəsaitlərinə, “dəvətçi”lərin əmək haqlarına, bir sıra hallarda məsul şəxslərin ələ alınmasına və s. sərf olunur.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar