Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda yeni şəlalə aşkarlandı


Həvəskar coğrafiyaçı-araşdırmaçı Cəlaləddin Qasımov Tovuz rayonunda yeni şəlalə aşkarlayıb


İnstitutun Elmi Şurasının iclasında C.Qasımov Tovuz rayonunda aşkarladığı şəlalə haqqında təqdimatla çıxış edib.

Məruzəçi son illər apardığı könüllü tədqiqat işləri nəticəsində aşkara çıxardığı qədim yaşayış məskənləri, tarixi abidələr haqqında iclas iştirakçılarına məlumat verib.

C.Qasımov son iki ildə Tovuz rayonunda 6 kəndi əhatə edən 200 metrlik ərazidə səkkiz şəlalə aşkar etdiyini diqqətə çatdıraraq qeyd edib ki, onlardan ən hündürü 35-40 m, ən kiçiyi isə 10 metrdən tökülür.

Həvəskar tədqiqatçının sonuncu aşkar etdiyi və "Soltan" adlandırdığı şəlalə sıldırım qayalıqlarla əhatələnən dərin dərəyə töküldüyü üçün bura indiyə qədər insan ayağının dəymədiyi güman olunur. C.Qasımovun sözlərinə görə, o, buraya hündür dağların arası ilə 20 km. keçilməz yolları dəf etdikdən sonra çatıb.

Coğrafiyaçıların böyük marağına səbəb olan məlumatlar gələcək tədqiqatlar üçün mənbə rolunu oynayacaq.

Qərara alınıb ki, ərazini daha dərindən tədqiq etmək məqsədi ilə Coğrafiya İnstitutunun alimlərindən ibarət bir qrup qısa müddətdə Tovuz rayonuna ezam edilsin. (trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar