Azərbaycanda yeni meyvə sortu yetişdirildi - HALLAVOND
Lənkəranda yeni meyvə sortu yetişdirilib.
Lent.az “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, “Gilan Sitrus” MMC-nin bağlarında yetişdirilən və naringi ilə portağalın calağından əmələ gəlmiş hallavond meyvəsinin ağacları Cənubi Koreyadan gətirilib.
Ağaclar Lənkəranda 2015-ci ildə əkilməyə başlanıb. 100 hektar sahədə salınmış cavan bağlar keçən il ilk barını verib.
Bu il hallavondların ağaclardan dərilməsinə noyabr ayında başlanacaq.
pia.az