Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda yeni gəmilər inşa edilir


“Gəmi inşası zavodu”nda yeni 2-ci dərəcəli sərhəd gözətçi gəmilərinin inşasına başlanılıb


 Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlü­kəsizliyi strateqiyası”na əsasən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş vəzifələrinin icrası, o cümlədən Xəzər dənizində dövlət sərhəd­ləri­nin mühafizəsi sahələrində mümkün təhdidlərin qarşısının alınması üzrə qüvvə və vasitələrinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

PİA.AZ Dövlət Sərhəd Xidmətinin saytına istinadən məlumatına görə, qurumun Sahil Mühafizəsinin Bakı şəhərinin Türkan qəsəbəsində yerləşən bazasında yeni inşa olunmuş “Gəmi inşası zavodu”nun xidməti istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Artıq həmin zavodun imkanları hesabına DSX Sahil Mühafizəsi üçün 2 ədəd itisürətli və yüksək üzmə qabiliyyətli 3-cü dərəcəli sərhəd gözətçi gəmilərinin inşası başa çatıb. Müasir naviqasiya və rabitə-radiotexnika avadanlıqları ilə tam təmin olunmuş, Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə bilən sərhəd gözətçi gəmiləri müasir silahlarla təchiz edilib. 

Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohid­ro­gen­ ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin­ olunması istiqamətində xidməti vəzifələrin icrası zamanı yeni gəmi­lə­rin imkanlarından geniş istifadə olunacaqdır.

Hazırda 100 nəfərədək mütəxəssisin işlə təmin olunduğu “Gəmi inşası zavodu”nda yeni 2-ci dərəcəli sərhəd gözətçi gəmilərinin inşasına başlanılıb.Yaxın müddətdə zavodun imkanları hesabına DSX Sahil Müha­fi­zəsinin sərhəd gözətçi gəmilərinin tam yenilənməsinə və nəticə eti­ba­­rı ilə sərhəd sularında dövləti maraqların qorunması imkanlarının əhəmiy­­yətli dərəcədə genişləndirilməsinə nail olunacaqdır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar