Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda yeni avtomobil icad edilib - Video


İşində peşəkar olmaq yüksək bacarıq tələb edir, amma bu istedad deyil. İstedad sahibi sənətdə, elmdə bəlli cizgiləri aşıb keçən, özünü kəşf edəndir


Belə istedad sahiblərindən biri də Göyçaylı Sadiq Məmmədovdur.
 
Süjetimizin qəhrəmanı peşəkar olmasa da, həvəskar kimi istedadından  yararlanmağa çalışır. Elə hazırladığı bu yeni model avtomobil də onun istedadının bəhrəsidir.
 
Göyçayın Çərəkə kənd sakini, 22 yaşlı Sadiq Məmmədov yeni model avtomobil ixtira edib. Bəli, xaricdən bəsit görünüşü olsa da, bu avtomobil ağır mexanizm, güclü mühərrik və müxtəlif ehtiyat hissələrini bir araya gətirməklə ağıllı düşüncənin işləyib hazırladığı fərqli bir modeldir. Sadiq Məmmədov bu avtomobili beynində qurduğu sxemlər əsasında hazırlayıb. Özü də cəmi 200 manat xərci çıxıb.
 
Biroturacaqlı, sivri uclu, 4 təkərli avtomobil daha çox “Formula” yarışlarında iştirak edən avtomobillərə bənzəsə də, XX əsrin əvvəllərində istehsal olunan "Mercedes Simplex" modelinə də az bənzəmir. Üç ay müddətində qurulan bu avtomobil yüksək sürəti ilə görənləri təəccübləndirir.
 
Gündəlik nəqliyyat kimi istifadə olunan bu avtomobil sürücü ilə yanaşı, 70 kiloqram yük də daşıya bilir. Yanacaq sisteminin 4 litrə qədər tutumu var. Mühərriki isə arxa hissədə yerləşir. Bu avtomobil saatda 70 kilometr sürətlə hərəkət edə bilir.
 
İxtisasca qaynaqçı olan Sadiq Məmmədov hazırladığı avtomobilin ehtiyat hissələrini də özü hazırlayıb. Sadiqin sözlərinə görə, ixtira etdiyi bu avtomobili bir az da təkmilləşdirərək ona üst örtüyü əlavə etməyi, sürətin artırılması və yeni model avtomobillərdə olan komfortun alınması üçün işlər görməyi planlaşdırır. O, vətəndaşlar tərəfindən sifariş olarsa, Göyçay şəhərində işlədiyi çilingər sexində bu cür kiçik ölçülü avtomobillər hazırlaya biləcəyini deyib. Sadiq hər hansı bir şirkət tərəfindən köməklik olunarsa, yerli avtomobil istehsalında bir ilk etmək qərarında olduğunu bildirib.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar