Azərbaycanda Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılacaq
PİA.AZ yerli KİV-ə istinadən bildirir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib.
O qeyd edib ki, hazırda bu istiqamətdə iş aparılır: "Fond yaxın günlərdə yaradılacaq. Bundan başqa, biz xurma və tütün istehsalçıları və ixracatçıları assosiasiyalarının tam formalaşdırılması üzərində çalışırıq".
pia.az