Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda yağıntıların miqdarı 9-14%-ə qədər azalıb


1961-1990-cı illərə nisbətən 1992-2014-cü illərdə respublika ərazisində yağıntıların miqdarı 9-14%-ə qədər azalıb


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya açıqlamasında bildirib ki, 2011-2016-cı illər ərzində “İqlim dəyişmələrinin Azərbaycanın təbiətinə və təsərrüfat komplekslərinə gözlənilən təsirlərin qiymətləndirilməsi” mövzunda aparılan tədqiqatın nəticəsində Böyük Qafqazın qərb yamaclarında bir qədər artım olsa da, digər ərazilərdə yağıntının azalması müşahidə edilib. Onun sözlərinə görə, Kür-Araz ovalığının bəzi hissələrində bu göstərici 12-15%-ə qədərdir: “İlin isti dövründə, yəni bitkilərin suya daha çox tələbatı olan dövrdə yağıntıların 17%-ə qədər azalması müşahidə edilir ki, bu da Azərbaycanda rütubət ehtiyatlarının azalması və qlobal iqlim dəyişmələrinin ölkə ərazisinə təsirini göstərir”.
 
 
M.Həsənov qeyd edib ki, Azərbaycanda 1992-2014-cü illər ərzində havanın orta sutkalıq temperaturunun 10 dərəcədən yuxarı olduğu günlərin sayı 20 günə qədər artıb. Onun sözlərinə görə, belə günlər yazda 4-9 gün tez, payızda isə 1-14 gün gec başa çatıb: “Bu o deməkdir ki, respublika ərazisində iqlim ehtiyatlarından daha səmərəli istifadə etmək imkanları xeyli yüksəlib”.
 
İqlimşünas əlavə edib ki, növbəti mərhələdə “İqlim dəyişmələrinin insan səhhətinə təsiri”, “Müasir iqlim dəyişmələri şəraitində Azərbaycanın atmosfer sirkulyasiyası və sinoptik proseslərin tədqiqi” mövzusunda araşdırmalar aparılacaq. Onun sözlərinə görə, bu işlər 2017-2018-ci illərdə həyata keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar