Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda xərçəng xəstələrinin sayı niyə artır? - Ekspert rəyi


Vasif İsmayıl: “Azərbaycanlı onkoloji xəstələrin müalicə üçün xarici ölkələrə üz tutması daha çox Azərbaycan səhiyyə sisteminə etibar ilə bağlıdır”


“İnsanlarımız bizim həkimlərə və ümumilikdə sistemə etibar etmirlər”.

Bu sözləri tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl Azərbaycanda onkoloji xəstələrin mövcud durumuna münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Dünyada ən çox sayda ölümlə nəticələnən xəstəliklər sıyahısında xərçəng birincilər sırasındadır.  “Ümumdünya Səhiyyə Təşkilatı”nın(ÜST) proqnozuna görə, 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər, o cümlədən ürək-damar xəstəlikləri və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15 faizədək artacağı gözlənilir. 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacağı gözlənilir. Məlumata əsasən, həmin halların 4/5 hissəsi Azərbaycanın da daxil olduğu aşağı və orta gəliri olan ölkələrdə baş verəcək. Rəsmi statistikaya görə isə Azərbaycanda xərçəng xəstələrinin sayı getdikcə artır. 

Azərbaycanda onkoloji xəstələrin sayının artması nə ilə bağlıdır? Ölkədə onkoloji xəstələrin neçə faizi sağlamlığına qovuşa bilir? Eyni zamanda Azərbaycanda onkoloji xəstəliklərin müalicəsi üçün yaradılan şəraitin müasir səviyyəyə çatdırıldığını hesab etmək olarmı? 

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  ATU-nun Onkologiya kafedrasının əməkdaşı, uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayılın fikirlərini öyrənib.

QaxLEBbDIhCdBgoAxIKHaEQ6KhYoLQUglgtgtDWA0AqRLDWIwqxsdSzUqkebhNLzs7fecNhJ8D0I82qvs6k4fZqTj7No5vyJ6ru/Dy1bG4eIUI2vd6tc+Or9BtiY2jByea9+Lum27GthO6k3zVl4LmaTEbNkrunfXicsjtyzjrpqE3KTnZcFZ8f1cowGJSlKN72dr9TlsNsaq7OVWUb9M1v6HS08LGNOMYvvRXF8ZPqy9n2KTOX22GIxdkajEYt9b9SmtiXqnx/A11atx1EqcrouOxF2kCnRjVyrS6lHK34Jp/iYlSV7s6DdHAdvNd29OOWc5W0dtVT16tvTpcvJb057lJ3fjst38CqFCEecvnJ/xSS/BWXoZ7HFZ2Samnn5Xd2VoVoZohKCNC2HBYkI0CxYBokJYlhrEaAFhiJEAYiIQpVgCQhADIkEiJ2CgkCKGiMhIodIgSxEEg2CiIiCSBYjCRklKzht68H2eIz/UqrNf99JKS/B+p3TRg7YwCxFKcPrWzQb5TXD+nk2U5MfLHS/Dn4ZbebTo1H3ozUdOcXJeaMjDUKtrqvaXPMk0/TMW4eF1Z+TVuHhYuWxYSeut+BwS9vUx6m/bDr0cTHVVYzfRpKL9LlNL5TxajBc7Sv7G5jsPJqn6Ji4qLS16ci3kpl21Nfm29dPVmvruxdicRZu/BGrqYhyb/VhGdrNwUO1q0oLXNVpwfk5JM9ktbwR5PumksTh2+HaJ+PB2f5nrJ18Xpyc97hQSHYLGrBWwDyAwEYB2AkKwNDEYCBCSxICCSwQIwEYTOrAyAIASAuEApBAhkOwyHTEQ6AhCEJ0CEgSQAsJLAKBhnJLVtRXi0kafHb0YOjfPiKd1yhLtJe0bk6VvTnd8ML8nqKrBq1Zycoc1NaykvB8fP7tNS22tNWjN3p2pTxawtelmdFzrUryi43kk3dLpo/Y5uvCxwcupnXo8NvhG5lvF439zV4zbLlotE+tzX15PyKKFCdWWWCcn4K7/APRE0m7+ndVzdlqbDZmzJ1ZKMIOcnqlFcfF9F4s6Dd/cpys68ssfsQ1k/wCKXBeSv5nfYDBU6EctKChHnbjJ9W3q/U3x4sr7YZ82OPU7c7sjdv5OnOVp1srta7hST426vx9vHYbpbY+V0pt27SlWqUZ2+tlfcn6xt6pmo323xhhYToUGp4qScZSTvHDxfXrPouXF8k+R+G22vk+JyTdqWIUabb4RqJ/Nyfq3H+bwOvHi1i4cuXeXb2ADCRlFysUZigBgGFAgGEDJgBCEJEDYAQIAlwNmayXAKyAMFCIcmQMggQSQ0SxFcWOmVECAJYMhhTWbz7ajgsPUrPWS7tOP26r+ivLm/BMFumq3w3zp4L5uCVXEtXy37lNPg5tfgec4rfPHTbbxEo35U8tOK8EkvxZosTiJVJTnOTlUnJzm3xcnxZS2bTGRz3K5VlYvHVKrvUnOo+s5ym/vMbNz5IiNruts/wCUYqlH/hU5KvXb4KjTalL30XqRldTZjN16RU3fcdn0aSVpwhCflVfef+Js5eGz6lZ2hBtrSXKMXzTf5GBvnvHVxVVKFaoqUVpThJwpxlfw+k7W1fO57BupCniMFhKySvOjHtLW/to92r654yOHPi8u3pYcvhNOAwu6i+veb6K8Y/1f60On2XsNQStFRS4JJK3odb8iiuCBHDk4cXipyc3kw6GHSR5zvpv1rLD4SXC6qVk9FycaXj+97dRviTvnrPB4WfWGIqRfvRg1/ifp1PNqasd3Hh9rg5M/gtXd3rzd+b6jxFzrqvcdNPgdM0wu3rG5m+cMSoUKzyYhJRjJvu4iy4p8p+HPl0XYHzynw/Vj1zcPeP5VSdOpK+IpK0r8atPlU8XyfjZ8zm5OPXcbcXJvquoFGFMW4MAWK2AWKS5CRCAuS5IIwtyXAjEbGYsmZrlbCCwBtB0yRETGJFiGK0xkxQ6Y6ZWgpkBxkIhrjYc8d+I231iq/Zwd6NDNGNuE6v15+XJevU73f7bDwuEm4u1Sq+xg1o1mvmkvKKfujxGczXCfWXJfgtkQqVyy2hoy9BKVkerYTYdHZuy8RWm/n69BKcnpec13aMF62935av4TbqrE1Hi60M1Gm7UVJd2dZPWduaj+L8DD+JG8HyvFulB3w+Gk6dNXeWVVaVKr6u94p9I/vMzy7um/FPrkYRlKSpxXzkru78m2/a57B8G60oUK2Fm28k+3pX4ZJ2U4rykk/wCdnmO7GHdXHRguVKbfr/8AUe0bubJnRcZ2so6S8YvR/wBfQplO/wDGtvx081c84+J++fydSweGnau0lXqRetCDX0IvlNrn9VPq1be/ELfGOzqOWnaWLrRaop6qlDg68l0XBJ8X4Jngcm5uUpNylKTlKUm3KUm7uTb4tvmX48N9sOTPXRacfYtsRIjfI65NOW3aIZASGLRWoyzCYudGcalOThUi7xktGn+a8OZWBioj2fdXeOGOp8oVoJdrDp+/HrF/dw892zwXZ2NqUKkatKThUi9HyfVNc0+h7Du1t2GNoqou7OPdqw+xPw6xfFP80zk5OPx7jr4+Ty6bhitkbEcjNqNyNiNgzEh7gFuC4RViZYUpllwkJsrbLJlUjNolyXEbBmCqxETEjIYbDpjxZWFC0XJkuVqQ1xBZcZMqTBVqqMZSbsopyfkldgeWfFTanaYmNFPu0Ia2/wCZOzfssv3nD3MjamMderVqvjUqTm/Ju6XorIx4o3nUYXurII2GxNmSxeIo4eGkqs1G/HJHjKfpFN+hrz1b4ObDUI1MdU0zKVOk5aZaUf7Sp4JtW/l8RldRXHHddNvZtOlsjZ6p0bQqOHyfCR4yTtZ1X/Cnmb5tpczwumvY3e+u8D2hip1U32Mfm8OnfSlF6St1k7y9UuRoal7WjrKdoRXWUtNDPGadc6d58HdndpVr4mS0+hDTlxf+37z1TeHb1LAYaVepwStThwlVqP6MF+tEmzTbk7NhgsJFSajGEHOrJ6Rv9Kcm/c8p363oltHEOSbWHp3jQi9O7zqNfal9ysut5mO6xzz1NtPtfadXF1qletLNUqSu+kVyhFcopaJGOhYoid/L9aHVOnLexvfRe4yjb9asVNBzFoimTGERLlldHuQruK59Bs8Vhtt2NtywdeNTXs33a0VfvU3zS6rivbmaO7IpNFMu4tjNXb6BjUUkmndNJprVNPVNAbOJ+HG3e0pvDTffpJypP7VG+sfOLfs10Oycjks1XZLubM2ByEzCthKy4bldwphVdEsKollwlZJGPNGXMxZmbVRIW49QrCDJjJlQ4QszjKRSPEC1MlxYkEFmY4/4g7xxoUpYeOtatBp2f9nTejb8WrpI608b+IP7dW/7f+RF5FcrqOcLEVItXE0ZMvZOz54qvSoQ+lUko/wrjKT8ld+h6z8RNoRwGz6WDpPK60FQVuMcLBLtH/NdR8pPocT8Kv8A9Bf9Gt+RtPjP+2UP7nD/AFapXL3ppxxwSOh3F2VLFYuFleNG0teHaPh7K79DnqZ6V8FfpYr+KX4QIa5+i/FPeRRS2dQl3Y5XipJ/SlxVH/c/RdUeaozNt/tOK/vWJ/1ZGEbYzTjzu6Ld/wAxhKfD1f4hLz+qX+DclxRiUGvYCYpOXqyRGyIA0SElyyYVDqMymoRZImdsvA454erTqxfepzUlbmvrR9Vdep7bSrxnGM4u8ZRjKL6xaun7Hz7Lie37s/seE/u1H/IjDPLdb4TUbVyFuKRlV1qHiVxLEELYl6KYloH/2Q==" alt="Image result for vasif ismayıl onkoloji">

Vasif İsmayıl: “Azərbaycanda xəstə-həkim əlaqələri zəif olduğu üçün bəzən müalicə yarım qalır”.


Azərbaycanlı onkoloji xəstələrin xəstəliyin üstünə vaxtında düşmədiyini və həkimə gec müraciət etdiyini bildirən Vasif İsmayıla görə, bu laqeydlik onkoloji xəstələrin xəstəlikdən qurtulmasına mane olan səbəblərdən biridir:

Azərbaycanda onkoloji xəstələrin sayının artması dünyada var olan tendensiya ilə bağlıdır. Onkoloji xəstəliklərin artması daha çox həyat tərzində dəyişikliklər, qidalanma, ətraf mühit ilə bağlıdır. Diaqnostika metodlarının inkişafı və ortalama ömrün uzanması da bunda rol oynayır. Ölkədə onkoloji xəstələrin müalicəsi üçün şərait artıq kafidir. Uğurlar çoxdur. Əvvəllər edə bilmədiyimiz işləri həyata keçiririk. Ancaq bununla yanaşı, problemlər də çoxdur. 

Onkoloji xəstəliklərin müalicəsinə dair dövlət proqram var. Lakin insanlarımızın bundan yararlanma imkanları hələdə tam ölçüsü ilə təmin edilə bilməyib. Buna görə də çox hallarda imkanı olan onkoloji xəstələr ölkə xaricində müalicə almağa üstünlük verirlər. Azərbaycanlı onkoloji xəstələrin müalicə üçün xarici ölkələrə üz tutması daha çox Azərbaycan səhiyyə sisteminə etibar ilə bağlıdır. İnsanlarımız bizim həkimlərə və ümumilikdə sistemə etibar etmirlər. Doğrusu, çox vaxt haqlı səbəblər irəli sürürlər.

Azərbaycanda onkoloji xəstələrin neçə faizinin bu dərddən qurtulması barədə səhih məlumatım yoxdur. Həqiqət olan budur ki, xəstələr həkimə gec müraciət edirlər və xəstə-həkim əlaqələri zəif olduğu üçün bəzən müalicə yarım qalır. Bütün bunlar isə onkoloji xəstələrin yüksək faizlə itirildiyinə dair iddia irəli sürməyə imkan verir”. 

Vasif İsmayıl: “Sovet sistemindən qurtula bilmirik”.


“İndiki şəraitdə səhiyyə sistemimizin Sovet mexanizmi ilə idarə olunduğunu söyləmək olarmı?”, sualınnı da cavablandıran Vasif İsmayıl bildirib ki, səhiyyə sistemimiz Sovet mexanizmi ilə idarə olunur və müəyyən problemlərin yaranması da elə bununla bağlıdır:
Azərbaycan səhiyyə sistemi adminstrativ anlamda tamamilə Sovet sistemini və ruhunu qoruyur. Problemlərimizin çoxu bundan qaynaqlanır. Sovet sistemi bir təfəkkürdür. Ondan qurtula bilmirik”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar