Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda virus mənşəli xəstəlik yayılıb



Artıq bir neçə gündür ki, əhali arasında yeni baş qaldıran virus mənşəli xəstəlikdən şikayətlənənlərin sayı sürətlə artır


Həm yaşlı və orta nəsil, həm də uşaqlar arasında yayılan xəstəlik özünü yüksək hərarət, ürəkbulanma, qusma, halsızlıq, kəskin baş ağrıları ilə biruzə verir. Poliklinikalarda da yeni yayılan virus mənşəli xəstəlikdən şikayətlənənlərin sayında artım, xüsusilə azyaşlı uşaqlar arasında xəstəliyə yoluxma hallarının sürətlə artması müşahidə olunur. Həkimlər azyaşlı uşaqları yeni virus mənşəli xəstəlikdən qorumağın vacibliyini, bu xəstəliyə yoluxmamaq üçün ictimai yerlərdə maska taxmağın belə, önəmli olduğunu bildirirlər.
 
Ölkənin baş pediatrı Nəsib Quliyev Aile.lent.az-a açıqlamasında hazırda müşahidə olunan xəstəliyin virus mənşəli respirator xəstəlik olduğunu söyləyib. Baş pediatr xüsusilə azyaşlı uşaqları olan valideynləri övladlarını mümkün qədər xəstəlikdən qorumaları ilə bağlı xəbərdar edir: “Bu virusun hansı ştamplı olmasını müəyyən etmək olmaz. Çünki virusun ştampı bəlli deyil. Bu, sadəcə virus mənşəli respirator xəstəlikdir. Uşaqları təbii ki, birmənalı şəkildə bu xəstəlikdən qorumaq mümkün deyil. Amma valideynlər çalışmalıdırlar ki, uşaqları mümkün qədər bu xəstəliyə yoluxmaqdan qorusunlar və bunun üçün müxtəlif vasitələrə əl atmalıdırlar. İlk profilaktik addım immun sisteminin gücləndirilməsidir. Çalışmaq lazımdır ki, bu vaxt uşağın qidasına xüsusi fikir verilsin. Uşaq imkan olduğu qədər açıq, amma təmiz havada gəzsin”.
 
Baş pediatr qrip virusuna qarşı vaksinlərin bu xəstəlikdə effektli olmadığını söyləyir: “Ona görə ki, viruslar tez-tez mutasiya edir. Hansısa bir peyvənd ona qarşı immunitet yaratmır. Odur ki, immun sistemini gücləndirmək vacibdir”.
 
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) hava damcı infeksiyaları bölməsinin rəisi Nəzifə Mürsəlova isə deyir ki, əhalinin şikayətləndiyi xəstəlik qripin ölkədə yayılmış hər hansı yeni növü deyil: "Bu, hava, fəsil dəyişkənliyi ilə əlaqədar olan kəskin respirator xəstəlikdir. Qripin yayılması labarotoriyamızda da təsdiqlənməyib”.
 
Terapevt Pərvin Sultanova isə son günlər əhali arasında yayılan xəstəliyin ayaqüstü müalicəsinin ağır fəsadlara gətirib çıxartma ehtimalının olduğunu söyləyir. Onun sözlərinə görə, bəzi xəstələr bunu yüngül, keçici soyuqdəymə hesab edərək işə, dərsə gedirlər. Ancaq bu, düzgün deyil, çünki xəstəlik vaxtında müalicə olunmazsa, ağırlaşa bilər: “Bu, soyuqdəymə, tənəffüs yollarının iltihabı ilə müşayət olunan virus mənşəli kəskin respirator xəstəlikdir. Yüngül soyuqdəymə əleyhinə dərmanlar xəstəliyi tam sağalda bilməz. Xəstə mütləq tənəffüs yollarının iltihabının qarşısını almaq üçün həkim məsləhəti ilə həblər qəbul etməli, imkan daxilində yataq rejimində isti mayelər qəbul etməklə müalicə olunmalıdır. Xəstəlik yüksək hərarətlə müşahidə olunduğundan, xəstədə halsızlığı və temperaturu aradan qaldırmaq üçün müalicə də aparılmalıdır. Eyni zamanda qidalanmada diqqətli olmaq, immun sistemini gücləndirəcək qidalar qəbul etmək şərtdir. Əks halda xəstəlik ağırlaşaraq aşağı tənəffüs yollarına zərər verə bilər”.
 
Terapevtin sözlərinə görə, hava, fəsil dəyişikliyi ilə əlaqədar insanlar geyimlərinə də diqqət yetirməlidirlər. Soyuq havada nazik geyim orqanizmdə bədən temperaturunun enməsinə, nəticədə kəskin respirator xəstəliyin baş qaldırmasına səbəb ola bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar