Xəbər xətti

18 AVQUST

18:08 “Deputat atasına heykəl qoydurub, onu məcburi ziyarət etdirir”

18:04 Hacı Şahin: “Dənizdə hicabla çimmək düzgün deyil”

18:00 5G üzrə hansı ölkələrin lider olacağı açıqlandı

17:55 Qarşıdakı 3 gün üçün dolların rəsmi məzənnəsi açıqlandı

17:48 Prezident Xəzər rayonuna 5,78 milyon manat ayırdı

17:40 Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik etdi

17:28 Şimali Koreyaya qarşı ABŞ-Yaponiya müttəfiqliyi gücləndirilir

17:20 “Boliviya Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”

17:13 Fəzail Ağamalı nəhayət danışdı: “Təngnəfəsliyim var idi”

17:06 Türkiyə-İran hərbi müqaviləsi nəyə aparır?

16:58 Əli Kərimlini kimlər maliyyələşdirib? - Əslində siyahı çox uzundur...

16:53 Bakıda çağırışa gedən təcilli yardım həkimi döyülüb

16:47 Ərdoğan Almaniyanın iqtidar partiyalarını türk düşməni adlandırıb

16:40 Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

16:31 “Samsung” 10 mindən çox akkumulyatoru geri çağırıb

16:20 İlin ən çox qazanan aktrisası o oldu - İlk 3-lük

16:08 Hindistanda daşqınlar nəticəsində 120-yə yaxın adam həlak olub

15:58 BNA Sahil metrosunda təmir işləri ilə əlaqədar daşıyıcılara xəbərdarlıq edib

15:50 Banklar müştərilərini itirir

15:38 Rusiya əhalisi yenidən azalmağa başlayıb

15:30 Azərbaycanlılarla taciklər arasında qanlı dava: Onlarla yaralı var

15:23 Trampın ən yaxın müttəfiqinin oğlu ABŞ prezidentini tənqid edib

15:15 Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

15:10 Nazirlik: 810 tələbə kollec, 3350 tələbə ali məktəblərə köçürülmək üçün qeydiyyatdan keçib

15:04 Sergey Şoyqu: “Rusiya getdikcə Türküstanda möhkəmlənir ”

14:57 Azərbaycan MN ermənilərin yaydığı dezinformasiyalara cavab verib

14:32 Messi “Barselona”da onu görmək istəyir

14:28 “Medcezir”in rejissoru tələbə qıza təcavüzdən həbs edildi

14:24 Azərbaycanda 23 mindən çox insanı heyvan dişləyib - 4 nəfər ölüb

14:20 Ərdoğan Azərbaycana gələcək

14:16 Heykəltəraş olacaqdı şəhid oldu - Samir Kaçayevin həyat hekayəsi

14:10 Rusiya, Türkiyə və İran birgə hərbi əməliyyatlara başlaya bilər –Suriyada

14:06 İstanbulda Yunanıstan konsulluğu yanır

14:02 Bədii gimnastika üzrə 24-cü açıq Azərbaycan çempionatına start verilib

13:58 Misirdə avtobus qəzası: 5 ölü

13:54 “Qara bazar”da qiymətlər – Rubl bahalaşdı

13:50 Əli Kərimliyə çalışan məmur kim olub?

13:46 İlin ən yaxşı futbolçusu adına son 24 namizəd

13:42 Bəs anan nə vaxt harayına çatacaq?

13:38 Yaponiyada 52 uşaq valideyn zorakılığına görə həlak ölüb

13:34 “Müsəlmanları Avropaya buraxmayın” - Nazir çağırış etdi

13:30 Bakıda vəhşi quşları qanunsuz saxlayan şəxs cərimələnib

13:26 Yol polisi “led” işıqlarla bağlı xəbərdarlıq etdi

13:26 DİN Göygöldəki dəhşətli qətllə bağlı məlumat yaydı

13:22 Rusiyadan azərbaycanlılar və ermənilər deportasiya olundu

13:18 İxtiraçılar saqqızı diaqnostik testə çeviriblər

13:14 Müharibə veteranı olan sahibkarlar üçün vergi güzəşti yoxdur

13:09 Zvyagintsevin filmi iki nüfuzlu festivalda

13:05 Alimlər depressiyaya qarşı lampa hazırlayıblar

13:01 37 yaşlı kişi həmkəndlisini baltaladı - Qubada

12:57 “Uşağımı qəbul edən olsa, ərə gedərəm” - Şahin Zəkizadənin xanımı

12:53 İş adamının oğlu “Range Rover”lə qəzaya düşüb - Ağır yaralı var

12:49 “Qarabağ”ın sabiq hücumçusu Kipr klubunda

12:45 Havanın temperaturu yüksələcək – Hava proqnozu

12:41 “III dünya savaşı 2050-ci ildə başlanacaq”

12:37 Ermənistanda dəhşət- Hərbçini yandıraraq öldürdülər

12:33 Barselonadakı məşum teraktın VİDEOları

12:29 “Real” Madridin oyunçusu millimizin oyunçusu ilə komanda yoldaşı oldu

12:25 Avtomobil qaçıran yeniyetmələr ələ keçdi

12:21 Müəllim olmaq istəyən 5225 namizəd müsahibəyə buraxılıb

12:17 Necati Şaşmazdan vəfasızlıq: dəfnə gəlmədi

12:13 Barselona terrorunda şübhəli bilinən daha bir nəfər saxlanılıb

12:09 Beş yaşlı Zeynəb quduzluqdan ölüb - Nazirlik açıqladı

12:04 Rusiya quyunun dibinə yuvarlanır!

11:59 Sumqayıtda küçə itləri zərərsizləşdirilir - Əməliyyat başladı

11:55 Etibar Əzimov: “Niyə o məhsulların ölkəyə gətirilməsinə şərait yaradırlar?”

11:51 İspaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi

11:47 Əflatun Amaşov: “Nazirliyə müraciət etmişik”

11:43 Payızda bəzi dərmanlar bahalaşacaq

11:39 “Uşağımız olsun deyə evlənmişik” - Kıvanç

11:35 Rəşad Sadiqovun “Meserati”si sifariş ilə saxlanılıb?

11:31 Keçmiş MTN polkovniki apellyasiya şikayəti verib

11:27 Müslim Maqomayev anıldı

11:23 “Alibaba” son rübdə 2 milyard $ mənfəət əldə etdi

11:19 Millət vəkilinin bacısı qəzaya düşdü: daha 3 yaralı

11:15 Azərbaycanlılarla taciklər arasında qanlı dava: onlarla yaralı var

11:11 Bakıda “gəzən” təhlükə - Fotolar

11:07 “Beşiktaş” Ermənistan yığmasının futbolçusunu satışa çıxarır

11:03 İspaniyada azı 6 nəfərin terror aktları ilə əlaqəsi olub

11:00 Azərbaycan tibb tarixində bir ilk yaşandı

10:56 Azərbaycan XİN Barselonada baş verən teraktı pislədi - Bəyanat

10:52 MKİ Barselonadakı terakt barədə 2 ay əvvəl xəbər veribmiş!

10:48 Nazirlikdə yeni idarə rəisi təyin edildi

10:44 “Merve ilə ayrılmaq qərarı aldıq” - Murad təsdiqlədi

10:40 Türkiyədə Atatürkə olan münasibət yumşalıb

10:36 Quduzluq haqda dəhşətli faktlar - Nə etmək lazımdır?

10:32 Dənizdə batan 2 gəncin meyiti tapıldı

10:28 Bu günə olan məzənnələr – Rəsmi

10:24 Barselonada zərər çəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur

10:20 Türkiyədə ağır qəza - 7 ölü, 20-dən çox yaralı

10:16 Nailin qəza törətməsini Şahverdiyev gizlədib? - Rəsmi açıqlama

10:12 Bakıda evlər ucuzlaşdı

10:08 Azərbaycanda ən çox maaş hansı sektorda verilir? – Rəsmi

10:04 Ermənistanda müharibə xofu - şimal hədələri hədəfə dəyib

10:02 İspaniyada üçgünlük matəm elan edildi

10:00 Barselonada dəhşətli terakt: 13 ölü, 100 yaralı - Fotolar+Video

9:58 İlham Əliyev İspaniya kralına başsağlığı verib

9:54 Neftçalda 56 yaşlı kişi intihar edib

9:50 Lənkəranskinin il mərasimi keçirilir

9:46 Qızıl bahalaşdı

9:41 İspaniyada növbəti terror aktı törədildi

9:37 Musa Yaqub nəvəsinə meşədə toy edəcək

9:29 Qaxda 28 yaşlı oğlan özünü asdı

9:26 Bakıda toyda dava düşdü: 1 yaralı

9:23 Əli Həsənovun həbsdəki nəvəsinin işində şok gəlişmə

9:19 Ərdoğan krala başsağlığı verib

9:15 Atəşkəs 112 dəfə pozuldu

9:11 Azərbaycan neftinin qiyməti bahalaşır

9:07 Sabirabad sakini bıçaqlandı

9:03 Akif Çovdarova 15 il cəza istənilməsi etiraz doğurdu

9:00 Azərbaycanın İsraildə səfirliyinin olmamasının əsl səbəbi

0:59 Ermənistan ordusunda qətl və intihar halları artır

0:47 “Sən mənim çempionumsan”

0:33 Bərzani Kürdüstan üçün şərtlər irəli sürdü

0:28 “Nokia”nın yeni modeli təqdim olundu

0:13 Bakı-Ceyhan kəmərinə bu il 74 mln. dollar xərclənib

0:03 Bu gün bürcünüz nələr vəd edir?

17 AVQUST

23:55 Azərbaycan klublarının Avropa Liqasından qazancı açıqlanıb

23:46 Ağ rəngli qidalardan çox istifadə edin

23:39 Türk restoranına silahlı hücum edilib


ANALİZ

...

Azərbaycanda verilən 10 axmaq sual – Siyahı

Tarix 08.08.17, 15:25

Font ölçüsü : - / +
bitmap-img6


İnsanın ağlını onun verdiyi cavablar yox, suallar göstərir


Verdiyimiz cavablar çox vaxt bizim özümüz deyilik, haradansa eşidib, görüb, oxuyub öyrəndiklərimizdir. 

Bir azərbaycanlının verdiyi cavabda Polat Alemdarın sitatlarından tutmuş, feysbukda oxuduğu statuslara, hətta kommentlərə qədər çox şeyin izləri var. Ona görə də, verdiyimiz cavablar çox vaxt bizim əsl ağlımızı deyil, onun üstündəki makiyajı, ənliyi-kirşanı da göstərə bilər.

Sual isə başqa məsələdir. Sual – çılpaq həqiqətdir, insanın real səviyyəsini, təfəkkürünün gerçək halını ortaya qoyur. Sual – insan beynini məşğul edən mövzuların ən düzgün indikatorudur. Eşitdiyimiz cavablar bizi aldada bilərlər, amma suallar həmişə həqiqəti deyir. Ona görə də, bir insanı, hətta bir xalqı yaxşı tanımaq istəyirsinizsə, verdiyi suallara diqqət edin.

Bu məqsədlə mən Azərbaycanda ən çox verilən axmaq sualların onluğunu hazırlamaq qərarına gəldim. Əminəm ki, bu sualları siz də tez-tez eşidirsiniz. Sadəcə, maraqlıdır: bu sualları doğuran təfəkkür hansı düşüncənin atmosferində yaşayır? Bəlkə o atmosferin tərkibini dəyişmək lazımdır?

1. Bişey-mişey çıxır?

İşləyən, xüsusilə də işə yeni düzəlmiş şəxslərə ən çox verilən sualdır. Dəhşətlisi odur ki, bizdə işə yanaşmanın əsas meyarı məhz budur: Bişey-mişey. Heç kim hətta ucundan da olsa, maraqlanmır ki, çalışdığın iş səni nə dərəcədə məmnun edir? Özünü reallaşdıra bilirsənmi? Gələcək inkişaf perspektivlərin nə qədərdir? Bunlar əslində iş seçərkən ən vacib kriteriyalar olmalıdırlar. Çünki iş – insan üçün ən azı ailə qədər vacibdir, gələcəyin, həyatın bu seçimdən asılıdır . Amma Azərbaycanda bunların heç biri hesabda deyil, maraqlı olan yalnız budur: Bişey-mişey çıxır? 

2. Nə vaxt tərpənirsən?

Bu sual açıq şəkildə göstərir ki, bizdə ailə qurmağa nə qədər formal yanaşma var! Münasibət, özünə uyğun insanla rastlaşmaq, şəxsiyyətlərin uyğunluğu, sevib-sevilmək – bunlar son dərəcə vacib olsa da, toplumun gözündə heç biri əhəmiyyət daşımır, əsas meyar isə yaşdır: Əgər müəyyən yaşa yetişdinsə, demək, qrafikdə vaxtı çatan avtobuslar kimi, tərpənmək lazımdır. Sanki ailə qurmaq soyuq havada maşının mühərrikini isitmək kimi bir şeydir – qızdısa, tərpən. Yanaşma bu olduğu üçün, boşanmaların getdikcə artmasında da əslində təəccüblü heç nə yoxdur.

3. Axırı necə olacaq?

Açıq deyək: Hər şeyin axırı həmişə pis olur. İnsanlar ayrılır, qocalır, ölür, hisslər soyuyur, ehtiraslar azalır, vəzifələr itirilir, bizneslər iflas edir... Hətta Günəş belə, nə vaxtsa sönəcəksə, insan nəyinsə axırının yaxşı olacağına necə ümid edə bilər? Entropia prinsipi bizə deyir ki, təbiətdəki bütün sabitliklər zamanla xaosa çevrilməyə meyillidirlər. Kainatda axırı yaxşı olan heç nə yoxdur. Ona görə də, axırın nə olacağını düşünmək yox, prosesin özündən zövq almaq lazımdır! “Həyat” dediyimiz prosesin özüdür, onu doyumlu yaşamaq lazımdır.

4. Alassan?

Bu sualı iki zümrə verir: Satıcılar alıcılara və qızın qohumları oğlanlara. Hər iki halda da yersiz və anormal sualdır. Birinci halda nəyisə yoxlamadan, test etmədən, axtardığın malın məhz bu olduğuna qərar vermədən sualı cavablandırmaq sadəcə, mümkün deyil. Satıcıların “Alacaqsansa, açım, bax” təklifi isə mənəvi təcavüzdür. Şəxsən mən həmişə həmin təklifdən sonra alış-veriş prosesini dayandırıb, mağazanı tərk edirəm. Çünki edəcək başqa hərəkət, deyəcək başqa söz qalmır.
Qızla bağlı olaraq oğlanlara verilən anoloji suala gəlincə, 21-ci əsrdə biz hələ də başa düşməmişik ki, qadın əşya deyil, onu almırlar, ailə - qarşılıqlı istək əsasında qurulan bərabərtərəfli ittifaq olmalıdır. “Alacaqsan?” sualı ilə qarşılıqlı istəyə əsaslanan bərabərtərəfli yaşam modeli qurula bilməz.

5. Heç yoxdur?

Elə vəziyyətlər var ki, orada keçid halları olmur, məsələ ya o yanlıqdır, ya da bu yanlıq. “Hamiləsən?” sualına “Bir az” cavablarını vermək olmaz. Çünki söhbət qızdırmadan getmir; qadın ya hamilədir, ya da deyil, "bir az hamilə" olmaq halı isə yoxdur.
Əslində “Yoxdur” cavabı da bu qəbildən olmalıdır, çünki nəsə yoxdursa, deməli, onun mövcud olmaq ehtimalı sıfıra bərabərdir. Amma bizim xalqımız “yoxdur” və “heç yoxdur” ifadələrinin ayrı-ayrı vəziyyətləri ifadə etdiyini düşünür. Məsələn:
- Çörək var?
- Yoxdur.
- Heç yoxdur?
Bu sual milli şüurun bəzi incəliklərini elə gözəl aça bilər ki, onun haqqında hətta “Yoxun əlli çaları” adlı kitab da yazmaq olardı. Yoxun üzü qara olsun!

6. Niyə neftin pulunu camaata paylamırlar?

Klassik demoqogiya nümunəsi olan bu sualı eşitməkdən artıq qulağımızda tük bitib, amma bir qrup insan hələ də onu səsləndirməkdən yorulmur. Halbuki, hər şey çox sadədir: Neftin gəlirləri elə pul şəklindəcə insanlara paylansa, bir tərəfdən dövlətin valyuta ehtiyatları formalaşa bilməz, digər tərəfdən isə, əhalinin əlindəki nağd pul kütləsi artar. Nəticədə elə infliyasiya başlayar ki, tut ucundan, göyə çıx! Hər bir dövlətin dövriyyədə olan pul kütləsinin həcmi onun iqtisadiyyatının real həcmi ilə müəyyən edilir. Əgər dövriyyədə olan pulun arxasında yaradılan real dəyər dayanmırsa, o pul sadəcə, kağız parçasıdır. Belə olmasını isə heç kim istəmir. Ona görə də, neftin gəlirlərini pul şəklində camaata paylamaq ən ağılsız iş olardı. Düzgün yol həmin vəsaiti iqtisadi və sosial layihələrə yatırtmaqdır.

7. Axır yeri neçəyədir?

Azərbaycanlının nəzərində standart satış modeli belədir: malın 3 qiyməti olur - Dediyin qiymət, güzəştə gedə biləcəyin qiymət və lap axırıncı, “ölən” qiymət. Di gəl ki, alan tərəf də azərbaycanlı olduğu üçün (ərəblərə nəsə satmaq xoşbəxtliyi heç də hər kəsə qismət olmur), satanın belə düşündüyünü bilir. Ona görə də, özünü arif və işbilən adam göstərmək üçün atla gediş edir: “Qaqa, bunun axır qiymətini de!” Yəni ki, “Mən səni tanıyıram, özüm də bu söhbətlərin biləniyəm, mənə gəlmə!” Çox vaxt effekt vermir, çünki axırın da axırı var, axırın axırının da bir qurtaran yeri var və bu silsilə hələ xeyli uzana bilər. 

8. Bunun saxlayanı kimdir?

Etiraf edək ki, təkcə axmaq yox, həm də iyrənc sualdır. Onu az-çox uğurlu qadınların haqqında həm kişilər, həm də başqa qadınlar səsləndirirlər. Lap tutaq ki, bir qadın həqiqətən də qazana biləcəyindən daha zəngin həyat sürür, bahalı maşında gəzir, dəbdəbəli evdə yaşayır. Bütün bunların ancaq 2 nəfərə dəxli var: həmin qadının özünə və onu bu imkanla təmin edən adama. Üçüncü artıqdır.

9. Şəkildəki özünüzsünüz?

Əgər bu sualı kiməsə verirsənsə, demək onu tanımırsan. Əgər şəxsən tanımadığın həmin adamla real həyatda görüşməlisənsə, onda dəqiqləşdirmək olar ki, profil şəklindəki özüdürmü? Bu, normaldır. Anormal odur ki, bir Tükəz Banova profilinə Selena Gomezin şəklini qoyur, altında 192 nəfər komment yazır: “Şəkildəki özünüzsünüzmü?” Daha 200 belə sual isə inboksa gedir. Çünki ağır oğlanlarımız da az deyil, başa düşürlər ki, qızla hər söhbəti camaatın gözünün qarşısında eləmək olmaz!

10. “Podruqası” var?

Etiraf edək ki, sual təkcə bizə aid deyil, başqa xalqlarda da tanışlığın bu asan, amma sarsaq yoluna çox üz tutulur. Ona görə də, bu, təkcə Azərbaycanda yox, dünya miqyasında ən axmaq suallardan biridir. Lap tutaq ki, var, nə olsun? Bəlkə onun “podruqası” səni görən kimi telefonunu çıxardıb, feysbukda “Təkamül nəzəriyyəsinə yalan deyən qələt eləyir!” statusunu yazacaq? Ya bəlkə əksinə, sən onun “podruqa”sını görəndə, hansısa tanışına “Təcili mənə zəng vurub çağır” mesajını göndərəcəksən? Bu yolla münasibət qurulmaz axı...

Vüsal Məmmədov
pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


Müəllifin digər yazıları

design-img

Vernisaj

Azərbaycan MN ermənilərin yaydığı dezinformasiyalara cavab verib

bitmap-img3

Rakurs

“Ağ xalatlı xilaskar”dan “master klass”

bitmap-img3

Seçmələr

“Maska taxmışamsa da keçici olub” - Gülər Əhmədova

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru