Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda uşaqlar arasında göz xəstəlikləri xeyli artıb



Azərbaycanda ötən il ərzində yaşı 18-dək olan 800 mindən artıq uşağa ilk dəfə müxtəlif xəstəliklər üzrə diaqnoz qoyulub


PİA.AZ-ın Trend-ə istinadən məlumatına görə, uşaqların əksəriyyətində - 396 138 nəfərində tənəffüs orqanları xəstəlikləri olub.

İlk dəfə qoyulmuş diaqnozla xəstə kimi qeydiyyata alınan uşaqların 71 507 nəfərində infeksion və parazitar xəstəliklər qeydə alınıb.

Uşaqların 63 751 nəfərində həzm sisteminin, 39 532-də sinir sistemi, 36 866-da qan xəstəlikləri, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntular müşahidə edilib.

Uşaqlar arasında göz və gözün əlavə aparatının xəstəlikləri də çox rast gəlinən xəstəliklərdəndir. Ümumiyyətlə, göz xəstəlikləri diaqnozu qoyulmuş uşaqların sayı 2010-cu illə müqayisədə artıb. 2015-ci ildə belə uşaqların sayı 2014-cü illə müqayisədə az olsa da, ötənilki göstərici yenə də 2010-cu ildəki sayı üstələyib. 2010-cu ildə ilk dəfə göz və gözün əlavə aparatının xəstəlikləri diaqnozu qoyulmuş uşaqların sayı 20 773 olduğu halda, 2014-cü ildə onların sayı 34 176 nəfər, 2015-ci ildə 31 823 nəfər olub.

2010-cu ildə 18 yaşadək uşaqların hər 10 000 nəfəri arasında ilk dəfə göz və gözün əlavə aparatının xəstəlikləri diaqnozu qoyulmuş uşaqların sayı 81,4 nəfər olduğu halda, 2014-cü ildə bu rəqəm 133,7 nəfər, 2015-ci ildə 123,5 nəfər olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar