Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda turistlərə birdəfəlik istifadə olunan obyekt kimi baxırlar?

İqtisadçı ekspert: “Azərbaycanda istirahətin bahalı olmasının bir neçə səbəbi var. Ən böyük səbəb də rəqabətli mühit məsələsidir”


Azərbaycanda turistlərə birdəfəlik istifadə olunan obyekt kimi baxma yanaşmaları hiss olunur... Azərbaycanda mülkiyyət toxunulmazlığı, biznesin dayanıqlığı ilə bağlı problemlərin olduğun nəzərə alaraq iş adamları da turistə daimi yox, birdəfəlik qazanc kimi baxırlar... Yəni bu insanların acgöz olduğundan deyil, gələcəyə güvənli və ümidli olmadığından irəli gəlir”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda istirahətin baha olması səbəblərini PİA.AZ-a şərh edərkən qeyd edib.

Yay fəsli gələn kimi ölkəmizdəki istirahət mərkəzlərinin qiyməti xarici ölkələrinkindən heç də geri qalmır. Hətta başqa ölkəyə gedib dincəlmək daha sərfəli olur, belə deyə bilərik. Ümumiyyətlə, iyul-sentyabr aylarında bölgələrə turist axını güclü olur. Bu aylarda bölgələrdə hotellərdə, hətta fərdi evlərdə yer tapmaq problemə çevrilir, qiymətlər isə ceyran belinə qalxır. Rayonlara üz tutanlar arasında xarici turistlərlə yanaşı, yerli turistlər də üstünlük təşkil edir. 

Son zamanlar Azərbaycanda turizmin inkişafı prioritet sahələrdən hesab edilir. Lakin  buna baxmayaraq Azərbaycanda istirahət MDB ölkələri arasında ən bahalı istirahət hesab olunur. Xidmətin səviyyəsi Gürcüstan və digər MDB ölkələrindən isə aşağıdır. Onu da qeyd edək ki, ötən illərdə ərəb ölkələrindən Azərbaycana ciddi turist axını oldu. Lakin bu axın qiymətlərin aşağı salınmasına yox, qiymətlərin daha da artmasına səbəb oldu.

Hazırda isə dünya səviyyəsində turizmlə bağlı ən yüksək səviyyədə rəqabət mövcuddur. Daha ucuz və daha keyfiyyətli və komfortlu istirahət təklifi indi dünya turizm brendlərinin əsas iş prinsipi hesab olunur. Lakin Azərbaycanda hər şey əksinə müşahidə olunmaqdadır. Daha bahalı və daha komfortsuz istirahət. Azərbaycan turizm biznesinin biznes siyasətini təşkil edir. Hər halda müşahidə etdiklərimiz bunu deməyə əsas verir. Onu da qeyd edək ki, Azərbaycanın təbii gözəlliklərindən çoxsaylı ölkələrdə də var və tturizm üçün əlverişli təbii şərtləri əsas götürərək yüksək qiymət və aşağı komfortla ölkəyə turist cəlb eləmək mümkün deyil. Çox təəssüfedici hallardan biri də odur ki, Azərbaycana bir dəfə gələn turist ikinci dəfə gəlmək istəmir. Bu da təbii ki, yüksək qiymətlərlə, daha doğrusu turizm sektorunda çalşan iş adamlarının turistlərə bir dəfə istifadə olunan obyekt kimi baxmalarıyla  bağlıdır. 

Əslində bu çox maraqlı bir məqamdır. Azərbaycan iş adamı özünün gəlir yerinə niyə bu psixologiya ilə, bu beyinlə yanaşır? Bütün dünyada turizm sahəsində sərt rəqabət olduğu halda, Azərbaycanda istirahətin bu qədər bahalı olmasının başqa səbəbi varmı? 

Mövzu ilə bağlı PİA.AZ iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət edib.



Natiq Cəfərli: “Bəzi iş adamları gələcəklərinə ümidli olmadıqları üçün turistlərə birdəfəlik qazanc mənbəyi kimi baxırlar”.


Azərbaycanda istirahətin bahalı olmasının bir neçə səbəblərinin olduğun qeyd edən iqtisadçı ekspert Natiq Cəfərliyə görə, əsas səbəb bu sahədə rəqabət mühitinin olmamasıdır:

Azərbaycanda istirahətin bahalı olmasının bir neçə səbəbi var. Ən böyük səbəb də rəqabətli mühit məsələsidir. Həmçinin turizm xidməti obyektlərinin sayının artırılması məsələsidir ki, rəqabət yaransın. Məsələn bizim bölgədə ən böyük rəqibimiz Gürcüstandır və Gürcüstan turizm məsələsində Azərbaycandan xeyli irəlidədir. Təəssüf ki, hələ biz Gürcüstanın rəqəmlərinə və bu sahədə atdığı addımların nəticələrinə gəlib çata bilmirik. 

Bu il Azərbaycanın 7 milyona yaxın turist qəbul edəcəyi gözlənilir. Keçən il isə Azərbaycana 6 milyondan çox turist gəlmişdi. Gürcüstan örnəyində görürük ki, uç ulduzlu hotellərin, postellərin sayı 2 minə yaxındır. Tək Tblisidə iki, üç ulduzlu hotellərin və postellərin sayı az qala iki minə yaxınlaşır. Bakı şəhərində isə bu barmaqla sayılacaq qədərdir. 

Ciddi şəkildə rəqabətli mühit olması üçün bu cür hotellərin sayı çox olmalıdır və bu xidmət sahələrinin açılması daha sadələşdirilmiş formada həyata keçirilməlidir. Yəni iş adamlarıan heç bir maneçilik törədilməməlidir. Hətta bu sahədə dövlət tərəfindən stimullaşdırılmış addımların da olması şərtdir. Məsələn belə iş adamlarına orta və uzun badəli və aşağı faizli dövlət kredit xəttləri açılmalıdır. 

Həmçinin qeyd edim ki, təyyarə biletləri də çox bahadır və əslində bu da rəqabət mühitindən doğur. Yəni Bakıya və Azərbaycanın digər şəhərlərinə uçuş edən şirkətlərin sayı artırılmalıdır. Bunun üçün Azərbaycan bazarı açılmalıdır. Bazarın liberallaşması baş verməlidir. 

Bir də Azərbaycanda yerüstü hava xidməti də çox bahadır. Bəzi hava şirkətləri də buna görə Azərbaycan gəlmir. Aeroportlarda bir sərnişinə xidmət haqqı çox bahadır. Bu hal da həm turizmin inkişafına mane olur, həm də qiymətlərin yüksək olmasına səbəb olur. 

Turizmin inkişafına mane olan səbəbləri çox saymaq olar. Amma bir daha qeyd edim ki, əsas məsələ rəqabətlilik mühitidir. Yəni rəqabət mühiti nə qədər çox olacaqsa, bir-birləri ilə rəqabət aparan turizm obeyklərinin sayı nə qədər çox olacaqsa, bir o qədər də həm keyfiyyət yüksələcək, həm də qiymət aşağı düşəcək.

Natiq Cəfərli: “Dayanıqlı və daimi şirkətlərin işləməsi üçün bazarda şərait kifayət qədər məhduddur və zəifdir”.


Azərbaycanda turistlərə birdəfəlik istifadə olunan obyekt kimi baxma yanaşmaları hiss olunur. Amma bunun da səbəbin sırf iş adamlarında axtarmaq yanlış olardı. Çünki iş adamları özlərinin gələcəyini aydın görmürlər. Yəni Azərbaycanda mülkiyyət toxunulmazlığı, biznesin dayanıqlığı ilə bağlı problemlərin olduğun nəzərə alaraq iş adamları da turistə daimi yox, birdəfəlik qazanc kimi baxırlar. Azərbaycan 25 ildir müstəqilliyin qeyd edib, amma ölkədə 20-25 il işləyən şirkətlərin sayın barmaqla saymaq olar. Dayanıqlı və daimi şirkətlərin işləməsi üçün bazarda şərait kifayət qədər məhduddur və zəifdir. 

Yenə qeyd edim ki, bəzi iş adamları gələcəklərinə ümidli olmadıqları üçün turistlərə birdəfəlik qazanc mənbəyi kimi baxırlar. Amma on ildən sonra bunun biznesə hansı təsirlər edəcəyini düşünmürlər. Bu da Azərbaycandakı biznes oyun qaydalarının pis olduğundan nəticələnir. Yəni bu insanların acgöz olduğundan deyil, gələcəyə güvənli və ümidli olmadığından irəli gəlir. İstənilən iş adamı bir müddət öz imicinin formalaşmasına, öz imicinin yaxşılaşmasına və bunun nəticəsi olaraq da daha çox müştəri cəlb etməyə xidmət etməlidir. Amma iş adamı Azərbaycanda 1,2,3 il işləyəcəyinə əmin deyil, deyə elə həmən turist cəlb etməklə və o turisti böyük məbləğdə hesab verməyə məcbur etməklə qısa müddətli qazanc əldə etməyi düşünür. Yəni digər sahələrdə olduğu kimi turizm biznesi sahəsində də Azərbaycan iş adamı sabahla deyil, ancaq bu günlə yaşayır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar