Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda tranzit yükdaşımaların həcmi niyə azalıb?


1 milyard 88 milyon manata başa gələn Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu işə salınandan bəri yükdaşımaların həcmi həm Azərbaycanda, həm də Gürcüstanda durmadan azalır. Bunun səbəbi nədir və hansı amillər bu layihənin strateji əhəmiyyətini aşağı salır?


Azər Mehtiyev: “Azərbaycanda həm dəmir yolu, həm də avtomabil yolu ilə daşınmaların artmasında səbəb Rusiya ilə Türkiyə arasında olan münasibətlərin gərginləşməsi idi”.

Məhəmməd Talıblı : “Qeyri-neft ixracatının isə ötən ilə nisbətən kiçik artımı belə həcm baxımından qeyri-neft ixracatının yenə də zəif gücünü ortaya qoydu”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12765,2 min ton olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz azdır. Yüklərin 62,3 faizi avtomobil nəqliyyatı, 23,0 faizi dəmir yolu nəqliyyatı, 14,7 faizi dəniz nəqliyyatı ilə daşınıb. Ötən ilin eyni dövründə isə bu dəhlizdə daşınan yüklərin 59,0 faizi avtomobil nəqliyyatı, 27,7 faizi dəmir yolu nəqliyyatı, 13,3 faizi dəniz nəqliyyatının payına düşürdü. 

Qeyd edək ki, ötən il oktyabrın 30-dan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu açılışından sonra Azərbaycandan tranzit yükdaşımaların həcminin kəskin artacağı gözlənilirdi. Lakin bu ilin ilk rübünün statistik məlumatlarında dəmir yolu vasitəsi ilə tranzit yükdaşımaların həcmi aşağı düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəmir yolu ilə yükdaşımalar  27,7 faizdən 23,0 faizə qədər azalıb. Etiraf etməliyik ki, BTQ-nin istifadəyə verilməsindən sonra tranzit yükdaşımalarında 4,7 faiz azalma olması ciddi məsələdir. Çünki BTQ-nin istifadəyə verilməsindən sonra tranzit yükdaşımaların həcminə təsiri hələ ki, müşahidə olunmur, əksinə azalma olub. 1 milyard 88 milyon manata başa gələn bu layihə işə salınandan bəri yükdaşımaların həcmi həm Azərbaycanda, həm də Gürcüstanda durmadan azalır. Bunun səbəbi nədir və hansı amillər bu layihənin strateji əhəmiyyətini aşağı salır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Azər Mehtiyevə və iqtisadçı-ekspert Məhəmməd Talıblıya müraciət edib.



Azər Mehtiyev: “Bakı-Tbilisi-Qars dəmir yolunun, xüsusilə də Ələt limanının istifadəyə verildiyi və bunların Azərbaycan üçün ciddi nəqliyyat dəhlizi olacaqların söylənilməsi zamanında yükdaşımalarının bu cür azalması ciddi yanaşma tələb edir”.


Ekspert qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin azalmasının bir səbəbi bir zamanlar Rusiya ilə Türkiyə arasında olan gərgin münasibətin sabitləşməsi ola bilər:

“Nəzərə almaq lazımdır ki, Azərbaycanda həm dəmir yolu, həm də avtomabil yolu ilə daşınmaların artmasında səbəb Rusiya ilə Türkiyə arasında olan münasibətlərin gərginləşməsi idi. Belə ki,  Rusiya ilə Türkiyənin münasibətləri gərginləşəndən sonra Qazaxıstan, Orta Asiyadan daşınan yüklər Türkiyədən daha çox Gürcüstan və Azərbaycandan keçərək daşınırdı. Amma iki ölkə arasında münasibətlər sabitləşəndən sonra, artıq aydın məsələdir ki, onlar davamlı alışdığı yollara qayıtdılar. Ola bilsin ki,  Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin azalmasının bir səbəbi budur.

Amma onu da qeyd edim ki, Bakı-Tbilisi-Qars dəmir yolunun, xüsusilə də Ələt limanının istifadəyə verildiyi və bunların Azərbaycan üçün ciddi nəqliyyat dəhlizi olacaqların söylənilməsi zamanında yükdaşımalarının bu cür azalması ciddi yanaşma tələb edir. Bu yanaşmanı və səbəbləri hökumətin açması zəruridir. Təəssüf ki, mənim bu sahədə araşdırmam yoxdur”.



Məhəmməd Talıblı: “Bu bilirsiniz nə deməkdir? Rusiya kimi bir ölkədə 15-20 şirkətin illik ixracat gücü qədərdir”.


Burada əsas amillərdən birinin Azərbaycanın xarici ticarət dövriyyəsi ilə bağlı olduğunu vurğulayan iqtisadçı-ekspert Məhəmməd Talıblı PİA.AZ-a açıqlamasında tranzit yükdaşımaların azalmasına bir qədər sarkazmla yanaşıb. Ekspert bildirib ki, Azərbaycan iqtisadiyyatda ötən ilə cəmi ÜDM 0,1% genişlənə bilibsə, bu zaman idxal-ixrac saldosunu da buradan görmək olur:

“Tranzit yükdaşımaların azalmasına səbəb olan əsas amillərdən biri Azərbaycanın xarici ticarət dövriyyəsi ilə bağlıdır. Azərbaycan iqtisadiyyatda ötən ilə cəmi ÜDM 0,1% genişlənə bilibsə, bu zaman idxal-ixrac saldosunu buradan görmək olur. Bu saldoya baxdıqda neftin hasilatı və qiymət nisbətindəki inersiya ÜDM-də əsas dominant çəkiyə malik olan neft amilinin iqtisadi artımı nə dərəcədə şərtləndirdiyini söyləmək olar.

Qeyri-neft ixracatının isə ötən ilə nisbətən kiçik artımı belə həcm baxımından qeyri-neft ixracatının yenə də zəif gücünü ortaya qoydu. Söhbət yekun olaraq qeyri-neft ixracatının 3 il bundan öncəki səviyyəyə çatmaması ilə bağlıdır. 

Bu qədər qeyri- neft ixracatının artırılması təşəbbüsləri, “Strateji Yol Xəritəsi” kimi ambisioz fəaliyyətlərdən sonra hələ də 1,5 mlrd. səviyyəyə çatdırılması bu sektorda ciddi problemlərin olmasını söyləməyə imkan verir. Bu bilirsiniz nə deməkdir? Rusiya kimi bir ölkədə 15-20 şirkətin illik ixracat gücü qədərdir. Azərbaycanda qeyri-neft ixracatında ixtisaslaşmış, rəqabətədavamlı sektorun inkişafını zəruri edir”.

Qeyd edək ki, tranzit yükdaşımalarda Azərbaycan Dəmir Yolları ASC-nin payına düşən həşmin ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz azalmasının səbəbləri ilə bağlı Azərbaycan Dəmir Yolları ASC-nin Yükdaşımaları Departamentinə sorğu ilə müraciət etsə də, sorğumuz cavabsız qalıb. Bütün hallarda Azərbaycan Dəmir Yolları ASC-nin mövqeyini dərc etməyə hazırıq. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar