Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda telekanal əməkdaşları döyüldü


"Land Rover" markalı avtomobil dayanaraq içindən bir qrup şəxs çəkiliş qrupu tərəfə hücum edib


Ötən gün saat 18:00 radələrində Kanal S-in qaynar xəttinə Baş Göynük kəndində qəza baş verməsi ilə əlaqədar olaraq məlumat daxil olub. Dərhal hadisə yerinə yollanan çəkiliş qrupu isə orada qəzadan sonra əzilən avtomobili yox, bir qrup sərxoş insanın yumruğunu görüblər. Belə ki, çəkiliş qrupu hadisə yerinə çatanadək qəzanı törədən insanlar avtomobili kənarda olan ağaclıqlarda gizlədərək təcili yardım maşını ilə xəstəxanaya yollanıblar.
 
Həmin an kənardan keçən 99-GV-659 dövlət nömrə nişanlı "Land Rover" markalı avtomobil dayanaraq içindən bir qrup şəxs çəkiliş qrupu tərəfə hücum edib. Kanal S-in xidməti avtomobilinə daxil olaraq orada olan müxbiriXələf Xələfov, operator Namiq Abdurahmanov, sürücü Ramil Rəsulovaqarşı fiziki güc tətbiq ediblər və maşında olan Kanal S-ə məxsus kameranı sındırıblar. Jurnalistlərə qarşı nalayiq sözlər işlədən bu insanlar, eyni zamanda kameranın yaddaş kartına həkk olunan materialı operatorun əlindən alıb çaya atıblar. Hadisə yerinə dərhal gələn hüquq-mühafizə və dövlət yol polisi əməkdaşları araşdırmaları apardıqları zaman həmin "Land Rover" markalı avtomobil bir neçə dəfə ərazidən keçib və onu lentə almaq mümkün olub. 

Jurnalistlərin döyülməsinə və Kanal S-in kamerasının qırılmasına səbəb olan qəzada isə bir nəfər yüngül xəsarət alıb. Ona görə də öz əməllərini ört-basdır etməyə çalışıblar və avtomobili hadisə yerinin yaxınlığında olan ağaclıqda gizlədiblər. Belə ki, hadisə zamanı Hüseynov Hüseyn Kasçin oğluna məxsus 90-HP-152 nömrə nişanlı “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlərdən biri, 43 yaşlı Bakı sakini Hüseynova Ayna Abid qızı xəsarət alıb. Yaralı TTTYS-nın əməkdaşları tərəfindən Şəki MRX-ya çatdırılıb. Qeyd edək ki, qəzaya uğrayan şəxslər toydan çıxıb və onların sərxoş vəziyyətdə olması ehtimal edilir. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar