Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda tektonik zonalarda dəyişikliklər müşahidə olunur

Respublika ərazisinin geodinamik şəraiti açıqlanıb


PİA.AZ-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin vəziyyəti haqqında aylıq bülletenində bildirilir ki, respublika ərazisi və ona qonşu tektonik zonaların geodinamik şəraitində əsaslı geodinamik dəyişikliklər müşahidə olunmaqdadır.

Bülletendə deyilir ki, regional planda respublika ərazisi tamamilə sıxılma-gərginlik deformasiya proseslərinin təsiri altında olub. İntensiv sıxılma prosesləri Böyük Qafqazın cənub yamacı, Abşeron periklinalı, Kür depresiyası və Cənub tektonik zonasının şimal-şərq kəsimlərini əhatə edib: “Regional planda respublika ərazisində iki lokal sıxılma Bakı - Siyəzən, Zaqatala - Balakən və bir genişlənmə (Naxçıvan - Culfa) gərginlik deformasiya strukturları müşahidə olunmaqdadır: "Ölkə ərazisinin seysmotektonik rayonlaşdırma xəritəsinin geodinamik proseslərlə korrelyativ təhlili göstərir ki, Azərbaycan ərazisinin Abşeron yarımadası, Böyük Qafqaz və Kür depresiyası, eləcə də Naxçıvan zonasında geostrukturları praktik olaraq vahid geodinamik struktur kimi özünü göstərir və bu strukturun Xəzər akvatoriyası ilə Bakı-Siyəzən, Naxçıvan-Ordubad, Zaqatala-BalakənTovuz-Qazax seysmoaktiv zonaları daha intensiv geodinamik proseslərin təsirinə məruz qalır. Abşeron yarımadasında bir sıxılma və bir genişlənmə gərginlik deformasiya strukturunu özündə birləşdirir. Şamaxı-İsmayıllı seysmoaktiv zonası isə demək olar ki, bütövlükdə sıxılma gərginlik deformasiya proseslərinin təsiri altındadır. Sıxılma gərginlik deformasiya strukturu Şamaxı-Yekəxana istiqamətində daha da intensivləşməkdədir. 11.01.2018-ci il tarixdə Lənkərandan 15 km cənub-qərbdə Lerik ərazisində maqnitudası 3,4, dərinliyi 33 km olan zəlzələ baş verib. Zəlzələ hiss olunmayıb. Ümumən, ölkə ərazisində kontrast geodinamik şərait davam etməkdədir. Regionda baş verən proseslər intensiv geodinamik şəraitin formalaşdığını ehtimal etməyə əsas verir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ən çox oxunanalar