Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda suçiçəyinə yoluxanların sayı açıqlanıb


Bu il Azərbaycanda suçiçəyinə yoluxanların sayı açıqlanıb


APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi (SN) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib ki, 2017-ci ilin I rübündə suçiçəyinə yoluxmaların sayı 5886 olub.

 Onun sözlərinə görə, ötən ilin müvafiq yanvar-mart ayları ərzində respublikada suçiçəyinə yoluxmaların sayı 6628 idi: "Bu isə o deməkdir ki, ötən ilə nisbətən suçiçəyinə yoluxanların sayı 11,2 faiz azalıb. Bütün respublika üçün bu rəqəmlər çox deyil. Suçiçəyi idarə olunmayan infeksiyadır və ona qarşı peyvənd işi aparılmır. Buna görə də biz onun yalnız əks epidemik tədbirlər vasitəsilə azalmasına nail oluruq, xəstəliyin yayılmasının qarşısını alırıq. Peyvəndlə idarə olunan xəstəliklərin qarşısını ala bilirik".
 
A.Əliyeva əlavə edib ki, suçiçəyinə yoluxmaya əsasən əhalinin sayı çox olan böyük şəhərlərdə rast gəlinir. Onun sözlərinə görə, ümumilikdə hava-damcı yolu ilə yayılan infeksiyalara yoluxma hadisələri əsasən payız-qış aylarında müşahidə edilir: “Amma yay mövsümünə keçən zaman bu xəstəliklərə yoluxma hadisələrinin sayı azalır. Hazırda suçiçəyi daha çox məktəbyaşlı uşaqlar arasında müşahidə edilir. Əsasən məktəblilər arasında, mütəşəkkil kollektivlərdə bu xəstəliklərə rast gəlinir. Məktəblərdə belə hadisələrə rast gəlinsə də, bağçalarda isə belə hallara o qədər də rast gəlinmir. Ancaq heç bir məktəbdə, uşaq müəssisəsində artım olmur. Xəstəlik tək-tək hallarda qeydə alınır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar