Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda siyasi biznes bitdimi?


Elxan Şahinoğlu: “Bu partiya, bu liderlə uğur qazanmaq mümkün deyil”


Son illərdə Azərbaycanda siyasi biznesin tamam sıradan çıxdığı müşahidə olunur. 

Xüsusilə bu çöküş 2005-ci ildən başladı və 2013-cü ildə demək olar ki, başa çatdı. Əgər 11 il öncəyə qədər Azərbaycan hakimiyyəti müxtəlif yollarla müxalifət funksionerlərini və fəallarını ələ alıb, öz tərəfinə keçirirdisə, artıq buna maraq göstərmir. 

Ölkə iqtidarı daha çox müəyyən vəzifə, pul müqabilində müxalif fəalları getdikləri yoldan döndərir, bunlar alınmayanda isə təzyiq, təqib yolunu seçirdi. Amma indi birinci variant tamam sıradan çıxıb, hakimiyyət bəzi hallarda ikinci yoldan istifadə edir. Hakimiyyətin müxalifətlə siyasi biznes işinə xitam verməsi bir sıra amillərlə izah olunur. Demokratik düşərgənin 11 il öncədən fərqli olaraq, daha zəif, iqtidar üçün təhlükə olmamasının burada həlledici rol oynadığı qeyd olunur. 

Müxalifət artıq son illərdə öz daxilində siyasi biznesə daha çox maraq göstərir. Öndə olan siyasi partiyalar saxta vəsiqələr hazırlayaraq, Avropaya mühacirlər göndərirlər. Bu biznesdən külli miqdarda gəlir əldə olunur. Bəzi hallarda mühacir olmaq eşqi ilə alışıb-yananlar müxalifətin mitinqlərinə qatılır, partiya liderləri ilə şəkillər çəkdirir, sonra isə müəyyən məbləğ müqabilində partiya biletləri əldə edir və Avropaya üz tuturlar. 

Politoloq Elxan Şahinoğlu hesab edir ki, 2005-ci ilə qədər müxalifət daha güclü olduğuna görə hakimiyyət rəqib düşərgəyə qarşı bu cür üsullardan istifadə edirdi: “Müxalifət əvvəlki seçkilərdə ortaya güclü müqavimət qoyur, narazı elektoratı silkələyə bilirdi. Seçkilərdə də aktivlik müşahidə olunurdu. Hətta müxalifət liderlərindən biri o illərdə belə bir ifadə işlətmişdi ki, Azərbaycan müxalifəti MDB məkanında ən güclü müxalifətdir. Bu çox iddialı açıqlama idi. Müəyyən qədər həqiqətlər də var idi. Çünki o vaxtlar seçkilərdə güc ortaya qoya bilirdilər. Hakimiyyət ideoloqları müxalifətin neytrallaşdırılmasının yollarını arayırdılar. Bir yol müxalifətdə olan  simaları öz tərəfinə çəkmək idi. Burada maliyyə amilinin olması vacib deyildi. Onlara müəyyən imkanlar yaratmaq, parlamentdə düşmək üçün mane olmamaq xətti seçildi. O zaman müxalifət üçün ikinci obyektiv proseslər də gedirdi. 

Bəziləri gördü ki, bu partiya, bu liderlə uğur qazanmaq mümkün deyil. Fikirləşdi ki, həyat davam edir, özünün də bir uğuru yoxdur. Baxmayaraq ki, partiyada müəyyən mövqe sahibi olub. Bu şəxslər nə qədər gözləyə bilərdi? Liderin verdiyi vədlərlə iş düzəlmir. Həm də müxalifət təmsilçiləri görürdülər ki, lider öz həyatını qurub, ailəsi normal dolanır. Özünə baxanda isə bunları görmürdü. Bu amillər əslində kiçik görünsə də, ciddi məsələlərdir. Ona görə də ya xaricə getdilər, ya da ölkə daxilində  başlarını aşağı salıb, öz işləri ilə məşğul oldular. Bütün bunlar müxalifəti xeyli zəiflətdi. 2005-ci ilə qədər hakimiyyət bu məsələlərə ciddi yanaşırdı. İndiki vəziyyətdən baxanda düşünmürəm ki, hakimiyyət qarşısına müxalifəti zəiflətmək üçün məqsəd qoyub, bunun üçün kül

rtaq mitinq keçirmək alınmadı. Milli Şuranın ilk mitinqinə xeyli insan qatıldı. Sonradan taktika səhv edildi və növbəti mitinq təyin edildi. Həmin aksiyaya artıq insanlar az qatıldı. Demək olmazdı ki, ilk mitinqə gələnlər bütövlükdə müxalifətin elektoratı idi. Burada sosial durumdan narazı olanlar, işdən çıxarılanlar gəlmişdilər ki, dəstək olsunlar. Hakimiyyət bunları görüb, niyə də müxalifəti zəiflətmək haqqında düşünsün? Onsuz da müxalifətin sıraları kifayət qədər seyrəlib, maliyyə imkanları məhduddur.

Prezidentin son müsahibəsinə fikir verin. Demokratiyadan söz düşəndə deyir ki, müxalifətə şəhərin mərkəzində mitinq keçirmək üçün imkanlar yaradırıq, amma adam yığa bilmirlər. Yəni ölkə başçısı müxalifətə qarşı belə sərt tənqidlərdən də çıxış edir. Çünki güc qalmayıb. Vaxtilə meydanları dolduran, bir çağırışla meydana 50-100 min insan yığan liderlər artıq bu gücdə deyillər. Bəlkə də yanlış olaraq düşünüblər ki, həmişə belə olacaq. Amma həyat, şərtlər dəyişir, hakimiyyət sərtləşir, müxtəlif metodlardan rəqiblərə qarşı istifadə edir. Bir gün gəlir, çağırış edirsən, görürsən ki, min nəfəri belə yığa bilmirsən. O liderin özü də düşünməlidir, niyə belədir? Yalnız hakimiyyətin təzyiqi səbəbdir, yoxsa özünün də səhvi var? 

Haqlı və ya haqsız müxalifət təmsilçiləri hakimiyyəti tənqid edəndə özlərinin keçdikləri yola da diqqət yetirməlidirlər. Niyə bu qədər partiya seyrəlib, tərəfdar azalıb? Baxsalar görərlər ki, 1995-2000-ci illərdə birlikdə onlarla gedən insanların çoxu uzaqlaşıb. Burada subyektiv səbəblər də var. Hakimiyyətin təzyiqləri, maliyyə sıxıntısı kimi hallar mövcuddur. Amma təkcə bunlar səbəb deyil. İqtidar artıq müxalifəti özünə rəqib görmür, buna görə də onu nə zəiflətmək, nə də bu işə enerji sərf etmək istəyir”.

Politoloq müxalifət daxilində biznes işinin aparılması ilə bağlı məsələlərə də toxundu: “Əldə faktlar yoxdur. Amma mən də eşidirəm ki, müxalifət daxilində siyasi biznesin bu yolu da tapılıb. Hətta belə xəbərlər də eşitmişəm ki, Avropada siyasi sığınacaq almaq üçün insanlar müxalifətin mitinqlərinə qatılır, şəkillər çəkdirir, yaxud hansısa partiyadan vəsiqə almağa çalışır. Bu üç yolla insanların Avropada siyasi sığınacaq almağa cəhd etdikləri deyilir. Belə hallar, məncə, olub da. Amma bunun böyük biznesə çevrildiyini düşünmürəm. Çünki bu böyük bir təhlükədir. Hakimiyyət bütün proseslərə ölkə daxilində ciddi nəzarət edir. Belə bir hal üzə çıxsa, hakimiyyət bundan həmin lider və partiyaya qarşı məharətlə istifadə edər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar