Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda siqaretdən imtina etmək istəyənlərin sayı açıqlanıb

Azərbaycanda ilk dəfə olaraq, iki aylıq pilot layihə çərçivəsində yaradılan tütündən imtina üzrə tibbi məsləhət kabinetinə və qaynar xəttə siqareti tərgitmək üçün müraciət edənlərin statistikası açıqlanıb


Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 1 fəaliyyətə başlayan tütündən imtina üzrə kabinetə dekabrın 30-dək ümumilikdə 171 müraciət daxil olub.
 
Sorğuda qeyd edilib ki, onlardan  42-si kabinetə, 129 nəfər isə telefonla müraciət edib: “ Kabinetə gələnlərin hamısı anonimliyinin qorunmasını istəyiblər. Telefonla müraciət edənlərin 38-i qadın olub. Telefonla müraciət edən qadınların 5 özünə görə, qalanları isə ataları, oğulları, qardaşları və həyat yoldaşlarının siqareti tərgitməsi üçün müraciət ediblər”.
 
Bildirilib ki, kabinetə gələnlər əsasən 18-44, telefonla müraciət edənlər isə 25-44 yaşlı insanlar olub: “ Kabinetə gələnlər arasında 15-17 yaşlı bir oğlan olub ki, onu da kabinetə valideyni gətirib. Telefonla zəng edənlər arasında 15-17 yaşlı bir oğlan isə atasına görə kabinetə zəng edib”.
 
Bundan başqa, telefonla zəng edənlərin 27 nəfəri 10 ilədək, 25 nəfəri 10-20 ilədək, 11 nəfəri 20-30 ilədək, 7 nəfəri 30-40 ilədək, 8 nəfəri 40 ildən çox siqaret çəkənlər olub. Kabinetə gələnlərin 10-u 10 ilədək, 6 nəfəri 10-20 ilədək, 11 nəfəri 30-40 ilədək, 1 nəfəri 40 ildən çox siqaret çəkənlər olub.
Telefonla müraciət edənlərin 33 nəfəri gün ərzində 20 ədədək, 31 nəfəri 20-40 ədədək, 5 nəfəri 40 ədəddən çox, kabinetə müraciət edənlərin 12 nəfəri gün ərzində 20 ədədək, 22 nəfəri 20-40 ədədək, 8 nəfəri 40 ədəddən çox siqaret çəkənlər olub .
 
Kabinetə gələnlərin 17-də, telefonla müraciət edənlərin isə 13-də yanaşı xəstəliklər olub.

Telefonla müraciət edənlərin 114-ü Bakıdan, qalanları isə Gəncə, Mingəçevir, Goyçay, Tovuzdan zəng vurub. Rayonlar arasında ən çox müraciət Gəncədən daxil olub.

Qeyd edək ki, tütündən imtina üzrə tibbi məsləhət kabineti və kabinetin “Qaynar xətt”i (012 530 32 43) “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə yaradılıb. Layihə çərçivəsində tütündən asılılığı olan və ondan imtina etmək istəyən şəxslərə professional tibbi yardım göstərilib və psixoloji məsləhətlər verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar