Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda şadlıq evlərinin “qorxulu röyası” – may ayı başlayır


Bu il Ramazan ayı may ayının sonunda başlayır. Deyə bilərsiniz ki, burda nə var axı!? Məsələyə şadlıq saraylarının sahiblərinin gözü ilə baxsanız, nə olduğunu bilərsiniz


Bu, iki ay toysuzluq deməkdir. Ancaq restoran sahibləri bundan da çıxış yolu tapıblar: qiymətlərə endirim etməklə. Əlbəttə, onlar bu endirimləri əsasən may ayı üçün nəzərdə tutublar. Çünki mayda toy etməməyin heç bir əsası yoxdur.

Şadlıq saraylarının may ayı kabusu başlayır. İnsanların mayda toy etməmək ənənəsi şadlıq saraylarını 1 ay işsiz qoyur.

Bu il isə vəziyyət daha qəlizdir, çünki maın ardınca Ramazan ayı başlayır və ramazanda insanlar ümumiyyətlə toy etmir. Bu da şadlıq saraylarının iki ay toysuz qalacağı deməkdir.

Belə vəziyyətdə heç olmasa may ayından yararlanmaq üçün şadlıq sarayları müxtəlif endirimlər tətbiq etməyi planlaşdırır.

Bu sahədə çalışanlar may ayı sindromunun heç bir mənası olmadığını bir daha xatırladırlar.

Qeyd edək ki, Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların Azərbaycana gəlişindən sonra başlanıb. Çünki ruslar arasında bu ayın uğursuzluğu ilə bağlı mif var. (“Xəzər TV”)



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar