Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda sevgi cinayəti: Qudasının evində sevgilisini qanına qəltan etdi

Ağdam rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb


Gəncə şəhər sakini, 44 yaşlı Lalə Əliyevanın (adlar şərtidir) Ağdamın Xındırıstan kəndində yaşayan qudasının evində 1974-cü il təvəllüdlü Paşa Yusifovu qısqanclıq zəminində bıçaqladığı məlum olub.

Bildirilir ki, Lalə Əliyeva bir neçə gün əvvəl Xındırıstanda oğlunun qayınanası olan T.M-in evinə qonaq gəlib. O, dünən sürücü kimi xidmətindən istifadə etdiyi və qeyri-rəsmi nikahda yaşadığı Paşanı Ağdama çağırıb. Onlar gecəni Xındırıstanda Lalənin qudasının evində keçiriblər və gecə saatlarınadək yeyib-içiblər. Bir qədər sonra Paşanın telefonuna gələn müəmmalı zəng səbəbindən Lalə özündən çıxıb və münaqişə baş verib. Sərxoş qadın bıçaqla sevgilisinə hücum edib və ona iki zərbə endirib. Qarın və çiyin nahiyəsindən xəsarət alan kişi xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, hadisənin baş verdiyi evin sahibəsi olan T.M xeyli əvvəl həyat yoldaşından boşanıb. Onun qızı bir müddət əvvəl Lalənin oğlu ilə ailə qurub. Qudalar bundan sonra daha da dostlaşıb.

Hadisəni törədən qadın saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Lent.az )

***
Ağdamda bıçaqlanma hadisəsi baş verib.  
 
APA-nın Qarabağ müxbirinin xəbərinə görə, Gəncə şəhər sakini, 44 yaşlı Lalə Əliyeva (adlar şərtidir) Ağdamın Xındırıstan kəndində yaşayan qudasının evinə qonaq gedib. Bərdə rayonundan olan 1974-cü il təvəllüdlü Paşa Yusifov da həmin evdə olub. Evdə yemək yeyilərkən L. Əliyeva ilə P. Yusifov arasında mübahisə baş verib. Nəticədə L. Əliyeva P. Yusifovu bıçaqlayıb. İki bıçaq xəsarəti alan şəxs Ağdam Mərkəzi Rayon Xəstəxanasına,  oradan Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
 
Qadın isə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar