Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda səs-küylü qətllər törədənlər niyə psixiatrik müalicəyə göndərilir...


Son vaxtlar məhkəmələr səs-küylü qətllər törədən canilərin barəsində dalbadal məcburi psixi müalicə barədə qərarlar çıxarır


Nəticədə həmin cinayətləri törədənlər həbsxanalara yox, xəstəxanalara göndərilir. Məsələn, Bakının Keşlə qəsəbəsində soyqunçuluq məqsədi ilə qardaş və bacını xüsusi amansızlıqla öldürən, ananı ağır yaralayan şəxsin barəsində belə qərar verilib. Daha sonra azyaşlı uşağını boğub öldürən, xristian dini təriqətlərindən birinə mənsub olan qadın psixiatrik müalicəyə göndərilib. Nəhayət “Dəmirçi Plaza”da “İraq Hava Yolları” şirkətinin nümayəndəliyinin rəhbərini güllələyib öldürən şəxs barədə də belə qərar verilib.

Qeyd edək ki, qətl hadisələri törədənlər barəsində istintaq zamanı mütləq psixoloji ekspertiza təyin edilir. Qatilin anlaqsız vəziyyətdə törədilib-törədilməməsi məhz bu ekspertizanın rəyinə söykənir. Rəyə əsasən cinayət törədən şəxsin ruhi xəstə olması ya təsdiqlənir, ya da təkzib olunur.



Bəs bu cür faciələrin baş verməməsi üçün şizofreniyadan əziyyət çəkənlər niyə zamanında cəmiyyətdən təcrid olunmur, məcburi müalicəyə göndərilmirlər? Axı belə xəstələrin doğmaları, ətrafındakı insanlar hər an ölümlə üz-üzə yaşayırlar. Digər tərəfdən Azərbaycanda belə şəxslərin həqiqətən psixi xəstə olmaları barədə verilmiş ekspertiza rəyi nə dərəcədə mötəbər hesab edilə bilər?

Son illərin səs-küylü qətl cinayətlərinə nəzər salsaq bu cinayətləri törədənlərin istintaqda, məhkəmədə verdikləri ifadələr onların həqiqətən psixi baxımdan normal olmadığı qənaətini yaradır. Lakin elə hadisələr də var ki, söhbət ağlı-şüuru yerində olan, tamah, soyğunçuluq və digər bu kimi məqsədlərlə adam öldürənlərdən gedir. Ancaq onlar da sonradan məhkəmənin gedişində psixiatrik müalicəyə göndərilir, yəni onların həbsxana göndərilməsi baş vermir.

Məsələn, paytaxtdakı dini təriqətlərin birinin üzvü olan və ötən il 5 yaşlı körpə övladını öz əlləri ilə boğan Nazilə Qulubəyovanın məhkəmədə “İsa özü dedi ki, diriləcək”, “O əvvəllər də mənim yanıma gəlmişdi”, “Uşağın bədənindəki pis ruhları çıxartmaq istəyirdim” məzmunlu ifadələr vermişdi. Qadın israrla hadisədən əvvəl dəfələrlə İsa Məsihin onun yanına gəldiyini söyləyirdi...

Elə 2014-cü ilin oktyabr ayında Xətai rayonunda baş vermiş dəhşətli qətl hadisəsi də bu qəbildəndi. Bacısının başını kəsən 20 yaşlı Pərvanə Nuriyevanın istintaqda “Allahın əmri ilə öldürdüm” deyib. Bildirib ki, gecə saatlarında yuxuda olarkən ona vəhy gəlib və “bacını öldür, vaxtı yetişib” əmri verilib.

Oğlunun bədənindən “şər ruhları” qovduğunu iddia edən N.Qulubəyova da, bacısının “vaxtının yetişdiyini” deyən gənc qız da məhkəmənin qərarı ilə məcburi müalicəyə göndərilib.

Keşlədəki amansız qətlə imza atan qatil də həbsxanaya deyil, xəstəxanaya göndərilib. Bacı-qardaşı vəhşicəsinə öldürən, analarını ağır yaralayan, sonra evdən oğuluq edən Azər Cəfərovun barəsində də stasionar kompleks məhkəmə- psixiatrik ekspertizası təyin edilib və o, məcburi müalicəyə alacaq.

Vəkil Adəm Məmmədov virtualaz.org saytına açıqlamasında bildirib ki, məcburi müalicəyə göndərilənlərin yenidən məhkəmə önünə çıxarılacağı gözləniləndir: ”Belə xəstələr ildə iki dəfə komissiyadan keçirilirlər, əgər sağalarsa cinayət işinin icraatının təzələnir və yenidən mühakimə edilirlər”.

Bəzi hallarda istintaq zamanı sağlam olanların sonradan xəstəliyi üzə çıxır və məhkəmənin qərarı ilə məcburi müalicəyə göndərilir.

Cinayət törədən şəxsin hansısa yollarla ruhi xəstə kimi qələmə verilməsi və cəzadan yayındırılması hallarına gəlincə isə vəkil belə halları istisna etmir, lakin deyir ki, bu zaman məsuliyyət hakimin deyil, həkimin üzərində olur: ”Çünki hakimin qərarı ekspertizanın rəyindən asılıdır”.

Vəkilin sözlərinə görə, qətl törədən şəxsin hadisədən sonra depressiyaya düşməsi, psixi xəstəliyə tutulması hallarına da rast gəlinir. Belə olduqda həmin şəxsin barəsində məhkəmə tibbi ekspertizası təyin edilir: ”Əgər tibbi ekspertizanın rəyində onun xəstəliyə tutulması yazılarsa cinayət işinin icraatı dayandırılır və məcburi müalicəyə göndərilir”.

Yeri gəlmişkən, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Dəmirçi Plaza”da qətl törədən Elşən Bəşirovun məhkəmə prosesi keçirilir. Vəkil müdafiə etdiyi şəxsin psixi xəstəliyi olması ilə bağlı vəsatət qaldırıb və ekspertiza keçirilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib. Onun ruhi xəstə və ya sağlam olması isə tibbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Ötən iclaslardan birində başından güllələnərək öldürülən Əli Ağalının atası məhkəmədə çıxış edərək “Deyir ki, guya psixoloji problemləri var imiş. Axı belə bir adama necə silah verilib? Dava ediblər, bir gün sonra qətli törədib. Yəni affekt vəziyyətində olmayıb, heç bir psixoloji problemi də yoxdur. Məncə, bu işdə başqa bir səbəb var”- demişdi və oğlunun qatilinə ömürlük cəza verilməsini istəmişdi...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

Ən çox oxunanalar