Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri artıb


Mədənçıxarma sənayesi üzrə 83,3%, emal sənayesi üzrə isə 38,3% bahalaşıb


 Azərbaycanda bu ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 74,6% artıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

O cümlədən mədənçıxarma sənayesi üzrə 83,3%, emal sənayesi üzrə 38,3%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 58,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 7,6% bahalaşıb.

Bu ilin mart ayında fevrala nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 6,3%, o cümlədən mədənçıxarma sənayesi üzrə 8,7 (xam neft və təbii qaz hasilatı üzrə 8,7%, metal filizlərin hasilatı üzrə 5,7%) ucuzlaşıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,7% bahalaşıb, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə sabit qalıb.

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri poliqrafiya fəaliyyəti üzrə 9%, geyim istehsalı üzrə 6,5%, toxuculuq sənayesi üzrə 4,5%, elektrik avadanlıqlarının istehsalı üzrə 3,8%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 2,1%, qida məhsullarının istehsalı üzrə 1,4%, ağac emalı və ağacdan məmulatların, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 1,3%, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,8%, tikinti materiallarının istehsalı üzrə 0,3% bahalaşıb.

İçki istehsalı üzrə 1,8%, kimya sənayesi üzrə 0,8%, neft məhsullarının istehsalı üzrə 0,7%, metallurgiya sənayesi üzrə 0,4%, rezin və plastik kütlə məmulatlarının, kağız və kartonun istehsalı üzrə isə 0,2% ucuzlaşıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar