Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda sağlamlığa ciddi təhlükə törədən qurdların ocaqlıqları aşkarlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu tərəfindən 2016-2017-ci illərdə Azərbaycanın müxtəlif rayonlarında aparılan tədqiqatlar nəticəsində 30 növ iynəcə, 10 növ otbiçən, 15 növ alaca kəpənəyi, 38 növ qarışçı kəpənəyi, 8 növ parabüzən, 9 növ arı, 64 növ hörümçək, 12 növ fır gənəsi qeydə alınıb


Bu barədə APA-ya Zoologiya İnstitutunun şöbə müdiri Vüsalə Nərimanova məlumat verib.
 
Onun sözlərinə görə, 3 növ hörümçək, 1 növ fır gənəsi Azərbaycan faunası üçün yenidir: “Gənələrlə aparılan tədqiqatlar zamanı Qafqaz faunası üçün 
V. Nərimanova deyib ki, insanların sağlamlığı üçün ciddi təhlükə törədən 6 növ sestodun (Lentşəkilli qurdlar) təbii ocaqlıqları aşkar edilib.
 
Lənkəran təbii vilayətində təsərrüfat əhəmiyyətli qızıl böcəklər fəsiləsinə mənsub böcəklərin yayıldığı təbii zonaların, biotopların və əsas qida bitkilərinin müəyyənləşdirildiyini vurğulayan İnstitut əməkdaşı bildirib ki, Astarada karabid böcəklər fəsiləsinə aid 13 növ tapılıb: “QazaxAğstafa rayonlarında üzüm bitkisinə zərər verən 4 fəsilə 13 cinsə aid 23 növ gənə aşkar edilib ki, bunlardan 2 növ Azərbaycan faunası üçün ilk dəfə qeyd olunub. Azərbaycanın dağ landşaftlarında 20 növ iynəcə aşkar edilib, ilk dəfə elm üçün 5 növ otbiçənin təsviri verilib. Meyvə və meşə ağaclarına ciddi zərər verən qızılqarın kəpənəyin bioekoloji xüsusiyyətlərinə dair müşahidələr aparılıb, zərərvericinin 3 növ paraziti və 1 növ yırtıcısı müəyyən olunub”.
 
V. Nərimanova qeyd edib ki, ilk dəfə olaraq Taxtakörpü su anbarında hidrofaunanın formalaşması yolları və su anbarından balıqçılıqda istifadə edilməsinin mümkünlüyü araşdırılıb: “İlkin olaraq, zooplanktonda 11 növ, ixtiofaunada 4 növ balıq və 14 növ balıq parazitləri qeydə alınıb. Çilov və Xərə Zirə adasının herpetofaunasında 3 növ sürünən tapılıb. Çilov adasında qulaqlı kirpi, kiçik ərəbdovşanı, Küli şəbpərəsi, Xəzər suitisi aşkarlanıb”.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar