Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda rəqibsiz hərrac bazarı - Kərəm Həsənovun müdhiş maxinasiyası


Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərraclara cəmiyyətin inamsız yanaşması ölkədə hərrac bazarınının inkişafını ləngidir


Komitə tərəfindən hərraclar haqqında hüquqi mariflənmənin zəif aparılması, hərracda iştirak etmək istəyən şəxslərdən ilkin olaraq tələb olunan maddi vəsaitin faiz nisbətinin maksimallığı və keçiriləcək hərraclarda şəffaflığa tam zəmanətin verilməməsi əllərində müəyyən kapitallar cəmləşmiş insanlarda bu sahəyə marağı azaldır.
 
Yanvar ayının 10-da Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi ilin ilk hərracı da insanlarda hərrac bazarına olan şübhələri daha da artırdı.
 
Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi 2017-ci ildə dövlət əmlakının özəlləşdirilməsi üzrə ilk hərracda 6 kiçik dövlət müəssisə və obyekti, 14 qeyri-yaşayış sahəsi, 9 nəqliyyat vasitəsi və 1 avadanlıq özəlləşdirilib.
 
Komitənin rəsmi məlumatında bu dəfəki hərrac nəticəsində dövlət büdcəsinə 1,1 milyon manat vəsaitin köçürülməsi deyilir. Rəsmi məlumatda daha sonra qeyri-yaşayış sahələrinin 3-ü və bir çox nəqliyyat vasitəsinə bir neçə sifarişin olduğu, əmlakların satışı üzrə hərraclar rəqabətli şəraitdə keçdiyi vurğulanır.
 
Ancaq həmin gün "Azad Azərbaycan” tv-nin 8.30 xəbərlər proqramında hərracla bağlı efirə gedən süjet Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərracda baş verən qanunsuzluğu çılpaqlığı ilə ortaya qoydu. Video süjetdə hərracın 6 nömrəli iştirakçısı Səriyyə Əskərovanın 13 min manat ödəyərək gözəllik salonuna sahib olduğu bildirilir. Səriyyə Əskərova da kameraya firiklərini bildirərkən 20 illik sahibi olduğu (!!!) obyekti yenidən hərrac yolu ilə aldığını söyləyib.
 
Ən qəribə olan isə Səriyyə Əskərovanın 20 il işlətdiyi obyektin hərracı zamanı rəqibinin olmamasıdır. Baxmayaraq ki, obyekt üçün təyin olunmuş ilkin qiymət - 13 min manat bu günkü bazar qiymətləri ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Və məntiqlə yanvar ayının 10-da keçirilən hərracda Səriyyə Əskərovanın kifayət qədər rəqibi olmalı idi. Ancaq görünən budur ki, hərracın keçirilməsinə və şəffaflığına məsul olan şəxslər burada nələrəsə "göz yumub” yaxud da, digər iştirakçıların "gözlərini yummağa” nail ola biliblər.
 
Xatırladaq ki, komitə həmin gün regionlarda da hərrac keçirib. Monitorlar vasitəsilə izlənildiyi söylənilən hərraclarda 4 kiçik dövlət müəssisə və obyekti, eləcə də 2 qeyri-yaşayış sahəsinin özəlləşdirildiyi deyilir.
 
Paytaxtda keçirilən və tv-lərdən xalqa təqdim olunan hərrac bu cür qeyri-müəyyənliklə, şübhə dolu məqamlarla keçirilirsə o zaman regionlarda keçirilən hərracların şəffaflığı barədə düşünməyə qətiyyən gərək yoxdur.
 
Sonda bir şeyi də qeyd edək ki, daşıdığı hüquqi məsuliyyəti və təmin etməli olduğu şəffaflığı pullu hərraclarda iştirak etmək istəyən insanların diqqətinə müəyyən vasitələrlə çatdırmalı olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Hərracların Təşkili Üzrə Auksion Mərkəzinin blanklarının sonunda 2-ci növ sifarişçilərə xatırladılan "2-ci növ sifariş verərkən sizə səhm əldə etməyə tam zəmanət verilmir” xəbərdarlığı kapitallarını ölkə iqtisadiyyatına yatıracaq insanlarda böyük inamsızlıq yaradır.
 
Və həm də "növ”lərindən asılı olmayaraq!/(qlobal.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar