Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda regionların kreditləşməsi 5% azalıb


Azərbaycanda regionların kreditləşməsi prosesi illik müqayisədə 106,1 mln. manat və ya 4,8% azalaraq 2018-ci il iyunun 1-nə 2,114 mlrd. manat təşkil edib


“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ölkə üzrə cəmi kredit qoyuluşunun 17,7%-i bölgələrin payına düşüb. Regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (513,5 mln. manat) qeydə alınıb. Eyni zamanda ən yüksək orta faiz dərəcəsi də (illik 22,8%) bu regionda müşahidə olunub.

Qeyd edək ki, 2018-ci il iyunun 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 11,946 mlrd. manat təşkil edib və bunun 9,832 mlrd. manatı və ya 82,3%-i Bakı şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi illik 12,0% təşkil etdiyi halda, Bakıda 10,4% olub, regionlarda isə 8,6-22,8% arasında dəyişib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar