Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda quldur dəstə zərərsizləşdirildi



Sumqayıtda bir neçə evə girərək quldurluq etmiş dəstə zərərsizləşdirilib


9 nəfərdən ibarət mütəşəkkil dəstə Sumqayıt şəhər sakini Abdullayev Rafiq Mütəllim oğlunun evinə girib və ondan hədə-qorxu yolu ilə pul tələb edib. Bu əhvalat 2013-cü il yanvar ayının 16-da baş versə də, cinayətkar dəstəni bu vaxta qədər tam şəkildə zərərsizləşdirmək mümkün olmayıb. Doğrudur, onların bir neçə üzvü artıq həbs olunub. Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyatçıları Rafiq Abdullayevə qarşı quldurluq etmiş dəstənin daha iki iştirakçısını-Sumqayıt şəhər sakini Hüseynov Taleh Aftandil oğlu və Lənkəran rayon sakini İslamov İlkin Gülbaba oğlunu ələ keçirib.

Sumqayıt ŞPİ-nin müstəntiqi Abbas Mustafayevin sözlərinə görə, dəstə üzvləri Abdullayev Rafiqin evinə girərək özlərini sığorta şirkətinin əməkdaşı kimi təqdim edib. Daha sonra ev yiyəsinin əl-qolunu bağlayaraq onu bıçaqla öldürməklə hədələyiblər. Müstəntiq dəstə üzvlərinin evdən 15 min manat pul və müxtəlif qızıl-zinyət əşyalarını ələ keçirdikləri deyir.

Saxlanılan şəxs İlkin İslamov ev yiyəsini hədələyərək ondan pulun yerini sorucduqlarını və beləliklə pulu ələ keçirdiklərini deyir.

İstintaq araşdırmaları dəstənin digər cinayətlərini də üzə çıxarıb. Bildirilir ki, əsasən Taleh Hüseynovun təklifi ilə planlaşdırılan cinayətkar dəstə beşdən çox evə soxulub. İstintaqın gedişi zamanı onların digər cinayətlərinin ortaya çıxacağı da istisna deyil. (ans)



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar