Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qarşısı alınmaz tendensiya - Xaricə beyin axını


Son 10 ildə 120 minə yaxın ali təhsilli Azərbaycan vətəndaşı ölkəni tərk edərək xaricə gedib. Bu tendensiyanın qarşısı alınmazsa ölkədə kadr böhranı yarana bilər...


Nazim Bəydəmirli: “Bu problemin kökündə duran səbəblər  Azərbaycanda müxtəlif vəzifələrə və işlərə kadrların təyin olunmasında regionçuluq, yerlibazlıq, korrupsiya və rüşvətxorluq amillərinin təsir etməsidir”.

Araşdırmalara görə, son on il ərzində  ölkədən 120 minə yaxın ali təhsilli insan xaricə gedib. Miqrasiya məlumatlarına görə, sözügedən dövr ərzində ali və ya orta-texniki təhsili olan əməkqabiliyyətli 18-65 yaş arası hər səkkiz sakindən biri respublikanı tərk edib. Belə ki, əhalinin ən fəal hissəsi – 25-34 yaşlı əməkqabiliyyətli kişilər layiqli əməkhaqqı axtarışında Azərbaycanı tərk edirlər. İkinci yeri isə 35-49 yaş qrupu tutur. Maraqlıdır ki, Azərbaycandan xaricə beyin axının səbəbləri nədir? Gənclərin ölkədaxilində öz potensiallarından tam istifadə edə bilməsi, həmçinin ölkənin inkişaf potensialının artırılması üçün hansı addımların atılması zəruridir?

Maraqlı faktlardan biri də budur ki, xarici ölkələrə üz tutan aərbaycanlılar ölkədən kənarda milyarder olurlar. Ancaq Azərbaycanda rəsmi milyarder yoxdur. Azərbaycandakı biznes mühiti və ölkəmizdə rəsmi milyarderin olmaması nəylə bağlıdır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan İqtisadçılar Klubunun prezidenti, iqtisadçı-alim Nazim Bəydəmirlinin fikirlərini öyrənib.



Nazim Bəydəmirli: ““Forbes” jurnalında azərbaycanlı milyarderləri  görə bilmirik. Halbuki milyardlara sahib olan kifayət qədər məmurlarımız var”.


Ölkədə gənc kadrlara geniş yer verilməməsi nəticəsində gənclərin xaricə üz tutmaq məcburiyyətində qaldığını vurğulayan Azərbaycan İqtisadçılar Klubunun prezidenti Nazim Bəydəmirliyə görə, indiki vəziyyətin qarşısı alınmasa gələcəkdə ciddi problemlərin yaşanmasına şərait yaradacaq:

“Təəsüf ki,  ilbəil məhsuldar işləyə biləcək, yüksək təhsilli gənclər  xaricə getməkdə davam edir. Hətta xaricdə təhsil proqramı çərçivəsində 2005-2015-ci illər ərzində təhsil almış gənclərin bir çoxunun ölkəyə qayıtması məqbul hesab olunmadı. Onlar digər şirkətlər və ölkələrdə işləməyə üstünlük verdilər. 

Bu problemin kökündə duran səbəblər  Azərbaycanda müxtəlif vəzifələrə və işlərə kadrların təyin olunmasında regionçuluq, yerlibazlıq, korrupsiya və rüşvətxorluq amillərinin təsir etməsidir. Bu baxımdan normal savadı və qabiliyyəti olan gənclər daha çox xarici şirkətlərə üz tuturlar. Ölkədə öz potensiallarını reallaşdıra bilmədiklərinə görə xaricə üz tutmağa məcbur olurlar. 

Çox təəssüf edirəm ki,  gənc kadrlara geniş yer verilmir. Məsələn, Neftçilər Xəstəxanasının 71 yaşlı baş həkimini işindən azad edib, başqa bir tibb ocağına baş həkim kimi təyin ediblər. Yəni ki, 70-80 yaşında olan şəxslər bu gün hələ də dövlət vəzifələri, idarə və təşkilatlarında rəhbər vəzifəsində çalışırlar. Hətta bu şəxslər təqaüdə belə çıxmırlar. Gənclər isə öz ölkələrində uğur hekayələrini yaza bilməyəcəklərini gördüyü halda xarici ölkələrə üz tuturlar. Düşünürəm ki, hökümətin kadrlara diqqətlə yanaşmasına  və kadr islahatlarını sürətləndirməsinə ciddi ehtiyac var. İndiki mövcud vəziyyət sadəcə olaraq əlavə problemlərin yaranmasına şərait yaradır. 

Nazim Bəydəmirli: “Gənclər isə öz ölkələrində uğur hekayələrini yaza bilməyəcəklərini gördüyü halda xarici ölkələrə üz tuturlar”.


Milyarderlərə gəlincə, Azərbaycanda məmur sahibkarlığı çox yüksək səviyyədə inkişaf edib. Baxmayaraq ki, 2000-2003-cü illərdən bəri korrupsiyaya qarşı mübarizə haqqında qanun var. Anti-korrupsiya komissiyası yaradılıb və məmurların əmlakları, gəlirləri barədə bəyannamələrin verilməsi nəzərdə tutulub. Lakin müxtəlif bəhanələrlə bu həyata keçirilmir və Azərbaycanda sahibkarların arxasında yüksək vəzifə daşıyan məmurların dövlət resursları hesabına  formalaşdırdığı biznes durur. Bu biznes ailə üzvləri və qohumlarının adına rəsmiləşdirilir, amma hər kəs bu biznesin kimə aidolduğunu çox gözəl bilir. 

Bununla yanaşı, Azərbaycanda qiymətli kağızlar bazarı formalaşmayıb. Şirkətlərin kapitallaşması rəsmi olaraq aparılmır. Arxasında məmur durmayan iş adamının Azərbaycanda böyük nailiyyətlər əldə etməsi qaranlıq məsələdir. Buna görə də məşhur “Forbes” jurnalında azərbaycanlı milyarderləri  görə bilmirik. Halbuki milyardlara sahib olan kifayət qədər məmurlarımız var. Onlar ictimai qınaqdan qorxurlar və  öz adlarına qeydiyyat aparmırlar. Çünki qanunla qadağandır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar