Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qadınların spirtli içkilərə marağı niyə artıb?


Dəyanət Rzayev: “Depressiya yaşayan qadınların əksəriyyəti spirtli içki qəbul etməklə problemlərdən qısa müddətli də olsa, uzaqlaşacağını güman edir”


Mehriban Zeynalova: “Qadınlar şəraba daha çox maraq göstərirlər”

Adil Qeybulla: “Hamilə və süd verən qadınlar alkoqoldan qətiyyətlə uzaq durmalıdırlar”

Azərbaycanda spirtili içki qəbul edən qadınların sayı artıb. Aparılan araşdırmaların nəticələri də  bunu deməyə əsas verir. Statistikaya görə, ötən illərə nisbətən bu il qadın alkoqoliklərin sayı artaraq, 900 nəfəri keçib. 

Qadınlar alkoqol qəbul etməklə yanaşı, elə bu vəziyyətdəcə sükan arxasında da əyləşirlər. Bu ilin əvvəlində Yol Polisinin keçirdiyi reydlər zamanı 150-dən çox qadın sürücü sərxoş halda avtomobili idarə etdiyi üçün saxlanılıb. Onların arasında ciddi qanun pozuntusuna görə həbs edilənlər də var.

Bəs görəsən, qadınların spirtli içkilərə marağı niyə artıb? 

Bəzi ekspertlər bunu müasirliklə, digərləir isə qadınların sosial həyatda problemlərinin artması və yaxud da ölkədə alkoqollu içkilərin həddən artıq reklam olunması ilə əlaqələndirirlər.

Psixoloq Dəyanət Rzayev qadınların əsasən depressiyadan, gərgin psixoloji durumdan müvəqqəti olaraq, uzaqlaşmaq üçün spirtli içkilər qəbul etdiyini deyib: “Deməzdim ki, ölkədə qadın alkoqoliklərin sayı çoxdur. Lakin bu məsələdə az da olsa, artım müşahidə olunur. Buna əsas səbəblərdən biri informasiya çoxluğu, filmlər və s. amillərdir. Bəzən qadınlar özlərini filmlərdəki qəhrəmanlara bənzədirlər, oradakı prosesləri təqlid etməyə başlayırlar. 

Digər amillərdən biri isə cəmiyyətimizdə qadın hüquqlarının pozulması hallarının çoxalması, qadının müstəqil şəkildə yaşaması, boşanmaların sayının artmasıdır. Depressiya yaşayan qadınların əksəriyyəti spirtli içki qəbul etməklə problemlərdən qısa müddətli də olsa, uzaqlaşacağını güman edirlər. Buna müasirlik, ətrafında olan insanlarla ayaqlaşmaq, özünütəsdiq kimi baxanlar da az deyil”.

“Təmiz Dünya” Qadınlara Yardım ictimai Birliyinin sədri Mehriban Zeynalova isə bildirdi ki, qadınların spirtli içkilərə olan marağı hələ ki, çərçivədənkənar deyil: “Deməzdim ki, ölkədə qadınlarımızın alkoqollu içkilərə marağı həddindən artıqdır. Hər hansı bir məclisdə spirtli içki qəbul etmək o demək deyil ki, həmin qadın alkoqolikdur. Danılmaz faktdır ki, qadınlarımız şəraba çox maraq göstərir. Lakin bu da öz çərçivəsində olur. Sovet dövründə də bu, var idi.

Lakin hazırda qadınların daha azad yaşaması ilə əlaqədar olaraq, ola bilsin ki, bu fakt bir qədər artsın. Bu daha çox yaş həddi ilə bağlıdır. Gənc xanımlar bəzən çevrəsindən fərqlənməmək üçün spirtli içkilərdən kifayət qədər çox istifadə edirlər. Bunu özünütəsdiq kimi də qəbul etmək olar. Bu mənada özünütəsdiq üçün qadınların nəinki spirtli içkilərə qurşandığını, hətta narkomaniyaya aludə olduğunu, erkən cinsi münasibətlərə başladığının da şahidi oluruq”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə spirtli içkilərin qadın orqanizminə vurduğu zərərlərdən danışıb: “Qadınların alkoqola olan marağı ucbatından bir çox xəstəliklər baş alıb, gedir. Süd vəzi, ağ ciyər və digər orqanlarda xoşagəlməz xəstəliklərin sayı artmağa başlayıb. Alkoqol qəbul edən qadının hamilə qalması dünayaya gələcək körpənin sağlamlığını sual altında qoyur. Hamilə və süd verən qadınlar alkoqoldan qətiyyətlə uzaq durmalıdırlar. Bunu qadınlar heç vaxt unutmamalıdır. Bu səbəbdən də əksərən dünayaya gələn uşaqlar ya fiziki, ya da əqli cəhətdən qüsurlu olurlar”.

Professor problemin həllində mətbuatın da özünəməxsus rolu olduğunu bildirib: “Bildiyimiz kimi, qadınların sosial həyatda rolunun artması ilə bu cür problemlərin də sayı artmaqdadır. Məsələn, 20 il bundan əvvəl qadın sürücü görmək olmazdı. Lakin indi qadın sürücülər kişi sürücüləri geridə qoyublar. Həmçinin kişilər qədər siqaret çəkən, spirtli içki qəbul edən qadınları da görmək olur. Bu, bir ictimailəşmiş situasiyadır. Həddən artıq spirtli içki qəbul etmək bir çox hallarda insanları sosial həyatdan təcrid edir. Bu problem daha çox təbliğatla bağlı məsələdir. Kütləvi informasiya vasitələri bu məsələni yetərincə diqqət mərkəzində saxlamalıdır”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar