Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qadağan olunmuş dini ədəbiyyat: Orada nələr yazılıb?

Yasaqları şərh edən ekspertlər siyasi amilli də qeyd edirlər


Qəbələ rayonunda keçirilən əməliyyat nəticəsində çoxlu dini kitab və disklər aşkarlanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 12-də dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakinləri Bəhruz Qasımovun və Elman Tahirovun evlərinə baxış keçirilib. 

Baxış nəticəsində oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audiokaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanmış xəncər aşkar edilərək götürülüb.

Bəs Azərbaycanda qadağan olunmuş ədəbiyyatlar hansılardır? Onlar nə üçün yasaqlanıb?

Öncə qeyd edək ki, müxtəlif növ ədəbiyyatların dünya ölkələrində qadağan olunması halları tarixən və indi də müşahidə edilməkdədir. Azərbaycanda da sovet dönəmində bir sıra yerli yazarların kitablarına qadağa qoyulmuşdu. Buna səbəb həmin kitablarda o dövrün “qaydaları”na zidd fikirlərin, ideyaların yer alması idi. Müstəqillik illərimizdə isə qadağan olunmuş kitablar daha çox dini ədəbiyyatlardır. 

Məsələn, hazırda ölkədə “Vəhhabiliyin ayinləri”, “Risaleyi Nur”,"Yehova Allahın padşahlığını bəyan edir", “Günahın acısı”, “İmam Rzanın həyatı”, “Ali İmran”, “Şiə və əsassız ittihamlar” kimi ədəbiyyatlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qadağan elan olunmuş kitablardır. Bu kitabların Azərbaycana gətirilməsi də yasaqlanıb. Buna baxmayaraq, müxtəlif dini cərəyanları təbliğ edən şəxslər gizli yollarla bu kitabları ölkəyə gətirərək yayırlar.

“Yeni Müsavat”a mövzu ilə bağlı danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirdi ki, bu kitabların indi də ölkəyə gətirilməsi halları tez-tez müşahidə olunur: “Hörmətli həmkarımız Mübariz Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təyinatından sonra istər parlament üzvlərində, istərsə də dövlət təmsilçilərində daha aydın baxış formalaşıb ki, ölkəmizə hansı dini inhisarlıq fəaliyyəti uzanır. Həmçinin burada kimlər yer alır, hansı xarici kapital rol oynayır və xarici dövlətlərin maraqları nədən ibarətdir. Şübhəsiz ki, bu gün müasir dünyada ağıllı telefonların hökmranlıq etdiyi zamanda ”qadağan olunmuş ədəbiyyat" ifadəsi bir qədər şərti xarakter daşıyır. Yəni hər kəs maraq dairəsinə aid olan ədəbiyyatları çox asanlıqla elektron formada əldə edə bilir. Bir tərəfdən isə reallıq bundan ibarətdir ki, hələ də çap ədəbiyyatları yayılır və ləğv edilməyib. Xüsusilə də yaşlı kəsimi və gəncləri öz yemlərinə çevirmək üçün bu kitablardan istifadə edirlər. O baxımdan, istər İrandan, Səudiyyə Ərəbistanından, həmçinin Türkiyənin də bəlli dini qollarından ölkəmizə ədəbiyyatlar gətirilməkdədir. Elmi-tarixi məcmuədə yazılmış əsərlərin böyük bir hissəsi məzhəb ayrı-seçkiliyini optimallaşdırır. Onu da qeyd edim ki, Avropadan da Azərbaycana çoxlu ədəbiyyatlar gətirilir. Onlar isə xristianlığın içərisindəki müxtəlif qolların təbliğatını aparırlar. Gerçək İslam dininin öyrədilməsi hazırkı dövrdə bizim də dövlətimizin qarşısında mühüm bir vəzifə kimi dayanır. Reallıqda Quran vahiddir və Məhəmməd Peyğəmbərə səmavi kitab kimi göndərilib. Ancaq necə olur ki, Səudiyyə Ərəbistanında bir, Türkiyədə iki, İranda isə sanki üçüncü bir Quran öyrədilir. Necə olur ki, bu ölkələrin vahid bir iqtisadi, siyasi, mədəni mövqelərini görə bilmirik. Din nə üçün bunları belə ayırıb? Deməli, İslam dini vahiddir, lakin onun interpretasiyası ayrı-ayrı ölkələrin, siyasi dairələrin əlində fərqlidir və bu da ideologiyaya çevrilməkdədir".

Z. Oruc bildirib ki, Azərbaycan İslam dininə görə hazırda bir çox ölkələrdən daha dünyəvidir: “Hətta qardaş Türkiyə ilə müqayisədə də bu, belədir. Onların son dövrlər təhsil sisteminə tətbiq etdikləri modellər dediklərimizə əlavə sübutdur. Qadağan olunmuş ədəbiyyatların ölkəmizə gətirilməsi bu gün də davam etməkdədir. Bizdə olan məlumata görə, bu cür fəaliyyəti həyata keçirən şəxslərə və qurumlara qarşı sərt tədbirlər görülür. Ancaq bir həqiqəti başa düşmək lazımdır ki, yalnız inzibati yol səmərəli deyil. Burada maariflənmə, təhsil sisteminin yaxşı qurulması, cəmiyyətin mövhumata getməməsi də əsasdır”.

Təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər isə qəzetimizə bildirdi ki, istənilən ölkədə bu və ya başqa səviyyədə belə yanaşmalar var: “Sadəcə olaraq, bu, həmin ölkənin rejimi və təhdid dəyərləndirməsi ilə bağlıdır. Əgər hansısa dövlətin mövcud rejimi dini radikalizmi, ekstremizmi, zorakılığa çağırışı təhdid kimi dəyərləndirirsə, bunu öz konstitusiyası və qanunvericiliyində qadağan edirsə, təbii ki, buna uyğun olaraq Cinayət Məcəlləsində müvafiq cəzalar nəzərdə tutur. Azərbaycanda da bu cür məhdudiyyətlər var. Həm Azərbaycan Konstitusiyasına, həm də qanunlarına zidd olan, xüsusilə də dini ayrı-seçkiliyi, radikalizmi, terrorizmi bu və ya başqa şəkildə qızışdıran, dəstəkləyən ədəbiyyat qadağan olunur. Burada başlıca məqsəd qeyd etdiyimiz sahələrdə pozuculuq fəaliyyətinin qarşısını almaqdır. Ancaq xüsusilə də bəzən antidemokratik ölkələrdə bundan sui-istifadə edirlər. Bu isə din və vicdan azadlığının pozulması, insan haqlarının tapdanmasına gətirib çıxarır. Gərək dövlət incə cizgini gözləsin”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar