Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda özəl sektorun istehsala marağı niyə aşağı səviyyədədir?

İqtisadçı ekspert: “Rüşvət olduğuna görə Azərbaycan iş adamları sərmayə qoymaq üçün əsas olaraq digər ölkələrə - Türkiyəyə, Gürcüstana, Ukraynaya meyil göstərirlər”


“Ölkədə bu problemi kökündən həll etmək üçün birinci ucuz maliyyə resurslarını təmin etmək lazımdır. Xaricdə saxlanılan vəsaitlərin bir hissəsinin Azərbaycana gətirilməsi ilə adi iş adamlarına aşağı faizlərlə uzunmüddətli vəsait vermək olar”.

Bu sözləri iqtisadçı ekspert Nazim Bəydəmirli Azərbaycanda yerli iş adamlarının öz sərmayələrini bir qayda olaraq istehsal sahələrinə deyil, ticarət və iaşə obyektlərinə qoymaqları səbəblərini PİA.AZ-a şərh edərkən qeyd edib. 

Dünyada tanınmış iş adamları, biznesmenlər, şirkətlər ən çox sərmayəni öz ölkələrində istehsal sahələrinə qoyurlar. Bu həm ölkədə işsizlik problemini həll edir, həm də ölkənin daxili və xarici bazarda əmtəə məhsulları ilə iştirakını təmin edir. Təbii ki, bundan həm ölkənin həm sosial müdafiə sistemi, həm də büdcə yararlanır. Lakin Azərbaycanla bağlı durum fərqlidir. Ölkə daxilində və xaricdə kifayət qədər iş adamlarımız olmasına baxmayaraq, onlar hansısa səbəblərdən ölkə hüdudlarından kənarda fəaliyyət göstərməyə üstünlük verirlər. Onların arasında milliyətcə azərbaycanlı olanlar da, Azərbaycan əsilli olanlar - burada doğub, gedənlər də var. 

Məmurlar isə adətən əllərində olan pulları sərmayə olaraq ticarət və iaşə obyektlərinə, şadlıq saraylarına, restoranlara, ticarət mərkəzlərinə, əyləncə mərkəzlərinə qoyurlar. Yerli iş adamlarının istehsal sahələrinə, yüngül sənayeyə sərmayə qoymaqdan çəkinmələrini nəylə izah etmək olar? Bu sərmayəni batırmaq riski ilə bağlıdır, yoxsa başqa səbəblər var?   



Nazim Bəydəmirli: “Azərbaycan iş adamları deyiləndə ən çox başa düşülən məmur sahibkarlığıdır”.


İstehsal sahələrinin uzun müddət və əsaslı vəsait qoyuluşu tələb etdiyinə görə bu sahəyə marağın az olduğunu vurğulayan iqtisadçı ekspert Nazim Bəydəmirli PİA.AZ-a açıqlamasında əlavə edib ki, məmurlar dövlət resurslarından istifadə edib texniki şərtləri, icazələri daha rahat ala bilirlər. Adi iş adamlarına isə bu daha baha başa gəlir və rüşvət olduğuna görə Azərbaycan iş adamları əsas olaraq digər ölkələrə - Türkiyəyə, Gürcüstana, Ukraynaya meyil göstərirlər:

“Ümumiyyətlə iqtisadiyyatda ən tez gəlir gətirən sahə ticarətdir. Buna görə də iş adamları ticarət əlaqələrinə meyl göstərirlər. İstehsal sahələri uzun müddət və əsaslı vəsait qoyuluşu tələb etdiyinə görə bu sahəyə maraq azdır. Həmçinin bu sahələr uzun müddətli resurslar olmalıdır. Azərbaycanda banklar bu işdə maraqlı olmadıqlarına görə, yaxuda da kredit faizləri yüksək olduğuna görə iş adamları istehsal sahələrinə az maraqlı olurlar. 

Azərbaycan iş adamları deyiləndə ən çox başa düşülən məmur sahibkarlığıdır. Yəni rüşvətlə, korrupsiya mexanizmləri ilə müəyyən vəsait toplamış insanlardır ki, bu və ya digər formada vəzifələrindən isitifadə edir. Həmin insanlar dövlət resurslarından istifadə edib texniki şərtləri, icazələri daha rahat ala bilirlər. Adi iş adamlarına isə bu daha baha başa gəlir və rüşvət olduğuna görə Azərbaycan iş adamları əsas olaraq digər ölkələrə - Türkiyəyə, Gürcüstana, Ukraynaya meyil göstərirlər. 

Bu baxımdan ölkədə bu problemi kökündən həll etmək üçün birinci ucuz maliyyə resurslarını təmin etmək lazımdır. Xaricdə saxlanılan vəsaitlərin bir hissəsinin Azərbaycana gətirilməsi ilə adi iş adamlarına aşağı faizlərlə uzunmüddətli vəsait vermək olar. Həmçinin sənaye, emal sahəsinə qoyulmuş vəsaitərin gəlirə çıxana qədər onu müəyyən vergilərdən azad etmək lazımdır. Bu yöndə müəyyən işlər aparılır. Ölkə başçısı bu və ya digər formada sahibkarlara dəstək verir və bu barədə danışılır. Ümid edək ki, bunlar praktik olaraq həyata keçiriləcək”. 

Nərminə UMUDLU
pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar