Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda özəl orta təhsilin qiyməti Qərb ölkələrindən on dəfələrlə bahadır - Niyə?

Ekspert: “Qiymətlər həddindən artıq şişirdilib və əslində bu qiymətlər, özəl məktəblərin bir çoxunda verilən təhsilə adekvat deyil”


“Vətəndaşların aylıq orta əmək haqqı nisbətində ölkəmizin özəl məktəblərində təhsil qiyməti  bir çox Qərb ölkələrindən on dəfələrlə baha başa gəlir”.

Bu sözləri  təhsil üzrə ekspert Nadir İsrafilov özəl orta təhsil müəssisələrinin fəaliyyətini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Paytaxtdakı özəl orta təhsil müəssisələrinin illik qiyməti ali təhsil ocaqlarının illik təhsil haqqından qat-qat bahadır. Bakıda fəaliyyət göstərən özəl orta məktəblər arasında təhsilin qiyməti 1500 manatdan 40 min dollaradək yüksəlir. Bu üzdən də bu bahalı təhsil müəssisələrində bir qayda olaraq məmur övladları və iri sahibkarların övladları təhsil ala bilir. Bununla yanaşı, dövlət məktəblərində təhsil pulsuz olsa da, təhsilin keyfiyyətinin aşağı olması ucbatından hər kəs məktəbdən kənar məşğələlərə kifayət qədər vaxt və pul sərf edir. 

Bəzi ekspertlərə görə isə Azərbaycanda özəl təhsilin keyfiyyəti tələb olunan məbləğə uyğun deyil. Qiymətlərin bu qədər süni olaraq artırılması həmin məktəblərə təklifin çox olması ilə bağlıdır. Bütün hallarda korrupsiya yolu ilə varlanan insanların övladlarının yüksək keyfiyyətli təhsil almaları qarşısında xalqın böyük əksəriyyətinin bundan məhrum olmasını sosial ədalətsizlik və bərabərsizlik kimi dəyərləndirmək olarmı? Ümumiyyətlə, Azərbaycanda özəl orta təhsil müəssisələrinin hər kəsə əlçatan olması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı  PİA.AZ-ın əməkdaşı təhsil üzrə ekspert Nadir İsrafilovun fikirlərini öyrənib.

Image result for nadir israfilov

Nadir İsrafilov: “Dövlət məktəblərində təhsilin zəif olması barədə cəmiyyətdə yaranan stereotip istər-istəməz bir çox valideynləri övladlarını məhz özəl orta məktəblərdə oxutdurmağa sövq edir”.


Özəl orta təhsil müəssisələrinin əlçatan olması üçün dövlət dəstəyinin vacib olduğunu vurğulayan təhsil üzrə ekspert  Nadir İsrafilova görə,  mövcud vəziyyətdə özəl orta təhsil müəssisələrdəki qiymətlər olduqca şişirdilib:

“Hər tədris ilinin sonunda növbəti tədris ili üçün məktəbə gedəcək uşaqların  indidən hansı məktəbə gedəcəyi hər bir valideyni düşündürür. “Təhsil haqqında” qanun Azərbaycanda mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl təhsil müəssisələrinin fəaliyyətinə icazə verir. Ancaq ölkəmizdə bələdiyyə təhsil müəssisələri yoxdur, özəl orta məktəblər isə dövlət ümumtəhsil müəssisələri ilə müqayisədə az da olsa var.  Dövlət məktəbləri, bütün qeyri-rəsmi pul yığılmalarına baxmayaraq, pulsuz sayılır. Yəni “Təhsil haqqında” qanunun 14.3. maddəsinə əsasən Аzərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir.

Dövlət məktəblərində təhsilin zəif olması barədə cəmiyyətdə yaranan stereotip istər-istəməz bir çox valideynləri övladlarını məhz özəl orta məktəblərdə oxutdurmağa sövq edir. Bununla belə həmin məktəblərdə təhsilin səviyyəsi əksər dövlət təhsil müəssisələrindəkindən yüksək olsa da, əslində təhsil haqqı heç də orta statistik azərbaycanlını məmnun etmir. Çünki illik xərclər orta aylıq əmək haqqından 10, bəzən də 15-20 dəfə artıqdır. Təhsil haqqının yüksək olmasının hər hansı bir əsaslandırılması yoxdur.  Baxmayaraq ki, təhsilimiz üçün əhəmiyyətli rol oynaya biləcək bu sferada xüsusilə maddiyyatla bağlı müəyyən problemlər var, özəl təhsil sektoru öz inkişafında israrlı olaraq qalmaqdadır. 

Nadir İsrafilov: “Əksəriyyət məhz xarici ölkələrdə təhsil almağa üstünlük verir ki, bu da öz növbəsində ölkəmizdən beyin axınına münbit şərait haradır”.


Son illər “TİSA- İnternational School of Azerbaijan”, “British School”, “Baku Oxford School”,  “XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”, “İdrak” liseyi, “Kaspi” liseyi, “Dünya” Məktəbi, “Avropa-Azərbaycan” məktəbi və bir çox digər adlarda özəl məktəb və liseylər yaradılıb ki, bunlarda da illik təhsil haqqı siniflərdən və digər şərtlərdən asılı olaraq 5500-manatdan 15-20 min manat, hətta bəzi mənbələrə görə 30-40 min manat arasında dəyişir. Qeyd edək ki, Azərbaycanda ilk özəl orta məktəb olaraq 1996-cı ildə ölkəmizdə TİSA (The İnternational School of Azerbaijan) fəaliyyətə başlayıb. 

Özəl orta təhsil müəssisələri və liseylərdə illik təhsil haqqı fərqlidir. Hər məktəbin formalaşdırdığı qiymətlər var. Məsələn, ingilis dilli məktəblərdə qiymətlər digər orta məktəblərə nisbətən daha bahadır. Tam əminliklə hesab etmək olar ki, əksəriyyət özəl orta məktəblərdəki qiymətlər həddindən artıq şişirdilib və əslində, onlarda verilən təhsil tələb edilən təhsil haqqına adekvat da deyil. Qalan məktəblərdə isə əsasən məmurların uşaqları oxuyur, hərçənd onların rəsmi maaşları bundan xeyli aşağıdır. 

Əhalinin bir hissəsi də övladlarını təhsilin çox da yüksək olmadığı dövlət məktəblərdə oxutdurmağa məcburdur. Əgər hər hansı bir müqayisə aparılsa, açıq-aydın görünəcək ki, vətəndaşların aylıq orta əmək haqqı nisbətində ölkəmizin özəl məktəblərində təhsil qiyməti bir çox Qərb ölkələrindən on dəfələrlə baha başa gəlir. Buna görə də əksəriyyət məhz xarici ölkələrdə təhsil almağa üstünlük verir ki, bu da öz növbəsində ölkəmizdən beyin axınına münbit şərait haradır.

Nadir İsrafilov: “Təhsilin bu özəl sektorunu  əlçatan etmək üçün təşkilati və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var”.


Qərbin bir çox özəl orta məktəblərində uğurla təhsil alan tələbələr üçün qrantlar və adlı təqaüdlər sistemi nəzərdə tutulur. Bu, valideynlərin çəkdiyi ilkin xərcləri əhəmiyyətli dərəcədə kompensasiya edə bilir. Ayrı-ayrı hallarda özəl məktəbin müdiriyyəti istedadlı uşaqları qismən ödəniş müqabilində və ya təmənnasız olaraq məktəbə qəbul edir. Təəssüf ki, bizim ölkəmizdə bu cür təcrübə vüsət almayıb. Ona görə də təhsilin bu özəl sektorunu inkişaf etdirmək, ona olan marağı daha da artırmaq, mövcud problemləri nizamlamaq, əhalinin sosial tərkibindən asılı olmayaraq hər bir təbəqəyə maddi cəhətdən əlçatan etmək üçün təşkilati və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var. 

Digər tərəfdən özəl orta təhsil müəssisələrinə öz işlərini daha səmərəli qurmaqda və inamlı təsir bağışlamaqda onlara dövlət dəstəyinin də böyük təsiri ola bilər. Bu çox vacib şərtlərdən biridir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar