Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda övladlığa götürmə qaydalarının dəyişdirilməsi təklif olunur


Azərbaycanda övladlığa götürmə qaydalarında dəyişiklik edilməsi ilə bağlı təkliflər layihəsi hazırlanır


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova APA-nın sorğusuna cavab olaraq bildirib ki, Nazirlər Kabinetinin 81 saylı qərarı ilə təsdiq edilmiş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”dan irəli gələrək övladlığa götürmə qaydalarının təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanır.
 
Onun sözlərinə görə, Azərbaycanda övladlığa götürmə qaydası Ailə Məcəlləsi ilə tənzimlənir: “Ailə Məcəlləsində övladlığa götürmə qaydası, xüsusən də 120-ci maddənin təkmilləşdirilməsi ilə bağlı təkliflər layihəsi hazırlanır. Biz 120-ci maddəni daha da təkmilləşdirmək istəyirik. Təkliflər aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim olunacaq”.
 
T. İbrahimova qeyd edib ki, layihədə övladlığa götürmə ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş xüsusi qaydanın olması nəzərdə tutulub: “Ailə Məcəlləsinə dəyişikliklər edildikdən sonra artıq Nazirlər Kabineti tərəfindən xüsusi bir qayda tətbiq ediləcək. Qaydalarda bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur. Övladlığa götürmə qaydası, qurumlar arası əlaqələndirmə, qurumların üzərinə düşən funksiyalar, eyni zamanda övladlığa verilmiş uşaqların sonrakı həyat şəraitinə nəzarət edilməsi layihədə göstərilib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar