Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ombudsman postuna layiqli namizəd tapılmır, yoxsa...


Fazil Mustafa: “Məsələnin unudulmasının səbəbini anlamıram. Təbii ki, indiki ombudsman bu posta ən layiqli insanlardan biri idi...”


“Bu konstitusiyanın tələbidir və tələbə uyğun hərəkət edilməlidir. Hər halda “Müqəddəs yer heç vaxt boş qalmır”.

Bu sözləri deputat, Böyük Quruluş Partisaının sədri Fazil Mustafa Azərbaycanda  insan hüquqları üzrə müvəkkilin təyinatının yubadılmasını PİA.AZ-a şərh edərkən bildirib.

Qeyd edək ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin, (ombudsman), seçilməsi ilə bağlı məsələ Milli Məclisin payız sessisyasında müzakirəyə çıxarılmadı. Belə ki, Milli Məclisdən verilən məlumata görə, ombudsman postuna yeni namizədlərlə bağlı qərar layihəsinin müzakirəsi Milli Məclisin 2018-ci il yaz sessiyasına qədər təxirə salınıb. 

Xatırladaq ki, ikinci dəfə 2010-cu il martın 5-dən İnsan hüquqları üzrə müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. “İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə, 2002-ci il və 2010-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib. Milli Məclisin martın 7-də keçirilən plenar iclasında deputatlar ombudsmanın 2016-cı il üzrə illik məruzəsini sərt tənqid ediblər. 

Qanunvericilikdə qeyd edilir ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Elmira Süleymanovanın səlahiyyət müddəti təqribən 8 ay əvvəl bitib. Milli Məclisin yeni İnsan hüquqları üzrə müvəkkili 2018-ci ilin yaz sessiyasında seçəcəyini nəzərə alarsaq, səlahiyyət müddəti bitməsinə baxmayaraq, Elmira xanım hardsa 1 il müddətində bu səlahiyyətləri icra edəcək. Bu da avtomatik olaraq “İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Qanunun şərtlərinin pozulmasına yol açır.

Bəs görəsən, bunun səbəbi nədir? Azərbaycanda ombudsman postuna layiqli namizəd tapılmır, yoxsa başqa problem var? 

Eyni zamanda Rusiyada və başqa ölkələrdə bir sıra sahələr üzrə ombudsmanlar fəaliyyət göstərir. Misal üçün, Rusiyada  uşaq hüquqları üzrə, biznes üzrə və s. sahələr üzrə ombudsmanlar var. Azərbaycanda da bu təcrübənin tətbiqini mümkün hesab etmək olarmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Böyük Birlik Partiyasının sədri, deputat Fazil Mustafanın fikirlərini öyrənib.

Image result for fazil mustafa pia.az

Fazil Mustafa: “Növbəti ombudsmanın seçilməsi üçün konstitusiyaya bu qədər diqqətsiz yanaşılmamalıdır”.


Ombudsman seçilməsinin konstitusiyanın tələblərindən biri olduğunu vurğulayn deputat Fazil Mustafaya görə, bu məsələyə laqeyd yanaşılması düzgün deyil:

“Düzünü desəm, ombudsmanın seçilməsi ilə bağlı məsələnin təxirə salınmasının səbəbini bilmirəm. Yəqin ki, mart ayına qədər müəyyən addım atılacaq. Çünki bu konstitusiyanın tələbidir və tələbə uyğun hərəkət edilməlidir. Hər halda “Müqəddəs yer heç vaxt boş qalmır”, deyirlər. Sadəcə məsələnin unudulmasının səbəbini anlamıram. Təbii ki, indiki ombudsman bu posta ən layiqli insanlardan biri  idi. Hər kəslə kommunikativ münasibət qurmağı bacaran bir şəxs idi. Ona görə hesab edirəm ki, fəaliyyəti normal idi. Növbəti ombudsmanın seçilməsi üçün konstitusiyaya bu qədər diqqətsiz yanaşılmamalıdır. 

Bir neçə sahələr üzrə fəaliyyət göstərən ombudsmanlara gəlincə, bizdə mətbuat, hərbi və başqa sahələr üzrə ombudsmanlar nəzərdə tutulmuşdu. Lakin buna gedilmədi. Ölkədəbir sıra hallarda qanundan çox, reallıq əsas götürülür. Hesab edirəm ki, bu çox yanlış praktikadır. Bütövlükdə isə Azərbaycan elə də böyük ölkə deyil. Ona görə də hər sahə üzrə bir ombudsmana ehtiyac yoxdur. Ümumi sahə üzrə bir ombudsman çevik işləməklə bütün sahələrə  nəzarət edə bilər”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar