Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ölüm hökmünün ləğvindən 20 il ötür


Bu gün Azərbaycanda ölüm hökmünün ləğvindən 20 il ötür


Ölüm hökmü 1998-ci ilin 10 fevralında, ulu öndər Heydər Əliyevin müraciətindən sonra Milli Məclisin qərarı ilə ləğv edilib.

Ümummilli liderin müvafiq müraciətində qeyd edilib ki, məramı dünyəvi, hüquqi dövlət qurmaq olan Azərbaycan Respublikasında hər bir insanın təbii və ayrılmaz hüququ olan yaşamaq hüququna əsaslı təminatlar verilib, insanın həyatdan məhrum edilməsi yolverilməz hesab olunub. 

"Konstitusiyada ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə müstəsna cəza tədbiri kimi göstərilib və daimi cəza növü kimi nəzərdə tutulmayıb. İnsan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan bu cəzanın tətbiqi, hansı dəlillərlə əsaslandırılmasından asılı olmayaraq demokratik cəmiyyətdə qeyri-insani və amansız tədbir kimi qiymətləndirilir".

Qeyd edək ki, qərar qəbul olunana qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərə həyatları bağışlanıb. Buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib.

Azərbaycanda ölüm hökmü Bayıl həbsxanasında, "ölüm kamerası" adlanan otaqda yerinə yetirilib. Cəza yalnız bir üsulla - güllələnmə ilə icra olunub. (azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar